“Allahın nazil etdiyi ilə hökm etməyənlər" ayəsindən məqsəd nədir?
Mьəllif: admin1
Tarix: 10-02-2018, 22:16
“Allahın nazil etdiyi ilə hökm etməyənlər" ayəsindən məqsəd nədir?
“Mənim ayələrimi ucuz qiymətə satmayın! Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” ayəsində küfrün hansı mənada işlənmişdir? Ümumiyyətlə küfr nədir və hansı dərəcələri vardır? Kimlər kafir hesab olunur? Bu barədə “hawzahnews” saytı Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlayıb.

Sual: “Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” ayəsində küfrün mənası nədir? (Küfr hansı mənada işlənib?)

Cavab:

Küfr lügətdə bir şeyi örtmək mənasındadır. Kafir də haqqı örtbasdır edən, onu izhar etməyən deməkdir. Küfr adətən Allaha, rəsuluna və peyğəmbərin vəsisinə (imam) iman kimi əqidəvi məsələlərdə olur. Bu zaman kafir tohiddə (Allahı təsdiqdə), nübuvətdə (Peyğəmbərlik) və imamətdə kafir olur.

Digər bir küfr isə əməldə və nemətə nankorluğda zahir olur. Məsələn bir kəs Allah və peyğəmbərə şəhadət gətirə (təsdiq edə), amma namazı tərk edə, hədislərin buyurduğuna əsasən bu şəxs əməli kafirdir (nəinki etiqadda).

Həmçinin “Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur.” (Ali İmran-97) ayəsinə əsasən hər kim imkani yetdiyi halda Həcc əmləini tərk edərsə əməldə küfr etmiş olur. Həcci tərk edib əməli küfr etməsinə baxmayaraq, İslam fəqihlərinin nəzərində Allahı inkar edən kafir hökmündə (murdar) deyil.

Yox əgər Həcc əməlinin tərk olunmasına (lüzumsuz olmasına) etiqadı olarsa (Allaha ibadəti lazımsız bilərsə) Allahın nazıl etdiyi ilə deyil, əksinə Allahın nazil etiyində başqa bir şeylə (ağılı ilı) hökm etmiş olur. Bu zaman Allahın nazil etdiyini inkar etmış olur və Allahın hökm etidyindən başqa br şeyi haqq və faydalı bilir.(Allaha ibadəti lazımsız bilər)

Bu zaman (Allaha ibadəti lazımsız bilərsə) onun etiqadı əqidədə küfrə və Allahın inkarına qayıdır və nacasətliyinə (murdarlığına), cəhənnəm əhli olmasına hökm olunur. Allahı və Onun hökmünü inkar edənlərdən hesab olunur.

Yox əgər Allah və peyğəmbərinə şəhadət verə (təsdiq edə), qeyd olunan hökmü (məsələn namaz və həcc kimi) cəhaləti üzündən müasir əsrimizlə uyğun bilməyə, elm və təhsil əhli olsa belə cəhaləti üzündən Allahın nazil etdiyindən başqa bir şeylə hökm etmiş olur. O əməldə kafir hesab olunur. O əməli kafir və fasiqdir (pis əməl sahibi və günahkardır). Bu cür insanlar etiqadi kafirlər kimi əbədi cəhənnmdə qalmayacaqlar (murdar hesab olunmurlar).

Əməli kafirlə etiqadi kafirin (Allaha ibadəti lazımsız bilənlə) fərqi budur!”.


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930