Qənaət hissini gücləndirmək üçün nə edək?
Mьəllif: admin1
Tarix: 10-02-2018, 22:07
Qənaət hissini gücləndirmək üçün nə edək?
Allah Təala bizə çoxlu nemətlər vermişdir ki, bu nemətlərin qədrini bilməli və onları qənaətlə istifadə etməliyik. Əgər həddimizi aşsaq – israf olar, əgər ondan az istifadə etsək və özümüzü əziyyətə salsaq – simiclik olar ki, hər ikisini də dinimiz bəyənmir.

Bəs nə edək ki, qənaət hissimizi gücləndirə bilək və etidal həddə qala bilək?

1. İnsanlıq əzəmətinə diqqət etmək. Əgər insan öz qiymətini bilsə, əlində olan neməti hərislik və tamahla zay etməz. Çalışar ki, həmin nemətlərə qarşı qənaətli olsun. Əgər öz qiymətimizi bilsək, Allahın bizə verdiyi nemətlərə razı olarıq. Gözümüz başqalarının malında olmaz və əlimizdə olana qane olarıq.

2. Əlimizdə olanlara şükür etməyi bacarmalıyıq. Əgər əlimizdə olan nemətləri görə bilsək və onlara görə şükür edə bilsək, başqalarının əlində olana diqqət etmərik. Şükür edən insan həm də öz malından başqalarına da bağışlamağı bacarar.

3. Pak və qənaətcil insanlar haqqında mütaliə etmək. Bir gün bir nəfər İmam Sadiqi (ə) görür ki, əyninə yamanmış köynək geyinmişdir. Gözü həmin yamaq vurulan yerə baxır. İmam (ə) onu bu halda görəndə, soruşur: “Nə olub ki, mənə baxırsan?”.

Deyir: “Gözüm köynəyinizdə olan yamağa dəydi”.

Həzrət (ə) buyurur: “Bu kitabı al və orada yazılanı oxu”.

Həmin şəxs kitabı alır və ona nəzər salır. O kitabda yazılmışdı: “Hər kimin həyası yoxdur, imanı yoxdur. Hər kimin maaşında ölçüsü olmaz, sərvətdən bəhrəsiz olar. Hər kimin köhnəsi olmaz, təzəsi də olmaz”.

4. Layiqli işlər yerinə yetirmək. “Hər kim – kişi yaxud qadın, imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).

5. Quranda və hədislərdə qənaətin faydalarına diqqət etmək. “Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar”. (“Furqan” 67).

Əmirəl-möminin (ə) buyurur: “Bütün ehtiyacsızlıqlar və qüdrətlər – qənaətdə və İlahi qismətə razı olmaqdadır”.
(İslami saytlara istinadən)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031