Azərbaycanlı mütəfəkkir Əllamə Cəfərinin insanın dəyəri haqda möhtəşəm mühazirəsi
Mьəllif: admin1
Tarix: 8-02-2018, 21:51
Azərbaycanlı mütəfəkkir Əllamə Cəfərinin insanın dəyəri haqda möhtəşəm mühazirəsi
Tanınmış filosof Əllamə Məhəmməd Təqi Cəfəri Təbrizi dünya şöhrətli mütəfəkkirlərdəndir. O, 1928 miladi ilində Təbrizdə dünyaya gəlmiş, 71 il bərəktli ömür yaşamışdır. G

ənclik və uşaqlıq dövrünü iki dünya müharibələrinin arasında yaşayan Məhəmməd Təqi Cəfəri ilkin ibtidai təhsilini anasından almışdır. Sonra isə Qum və Nəcəf elmi hövzələrində ali təhsil almışdır.

Məhəmməd Təqi Cəfəri Təbrizi Nəhcül-bəlağəyə təfsir yazan, tanınmış Mövləvişünas, həmçinin qərb və İslam fəlsəfəsində öz sözünü demiş böyük filosoflardandır.

Əllamə Cəfəri Təbrizi xatirələrinin birində deyir:

“Bir dəfə dünyanın tanınmış sosioloqları Danimarkada keçirilən bir elmi konfransda bir araya gəlmişdilər. Mövzü barədə müxtəlif fikir və nəzərlər irəli sürülürdü.

Konfransın əsas mövzusu insanın real, həqiqi dəyəri nədir və bu dəyərlərin meyarının nədən ibarət olması idi.

Müxtəlif söhbətlər edilir, hər sosioloq öz məxsusi görüşlərini və düşüncələrini irəli sürürdü. Nəhayət növbə bəndəyə (özünə) yetişdi. Mən söhbətə başladım:

“Bilmək istəyirsinizmi insanın dəyəri nədir, nə qədərdir?

O zaman baxın, görün insanın ən çox nəyə bağlılığı və məhəbbəti var.

Bir kəsin bir iki mərtəbəli binaya məhəbbəti varsa, onun dəyəri o bina qədərdir. Bir kəsin məhəbbəti, eşqi maşınadırsa, onun qiymət və dəyəri maşın qədərdir. Yox əgər bir kəsin eşq və məhəbbəti Mütəal Allahadırsa, onun dəyəri də Allah qədərindədir.”

Sonra Əllamə deyir:

“Mən bu sözləri dedim və aşağı düşdüm. Bunu eşidən konfras iştirakçıları ayağa qalxıb bir neçə dəqiqə ayaq üstə qaldılar və əl çaldılar.

Onların bu alqışlamaları bitdikdə mən yenidən kürsüyə qalxdım və dedim:

Əzizlərim! bu mənin sözlərim deyil. Bu Əli (ə) adlı bir şəxsiyyətin sözləridir. O Həzrət (ə) “Nəhcul-bəlağə”də buyurur:

“Hər kəsin qiyməti onun sevdiyi şey qədərindədir.”

Eləki bu sözləri dedim, insanlar Əmirəl-möminin (ə) hörmətinə bir daha ayağa qaxdılar və bir neçə dəfə uca səslə o Həzrətin (ə) adın dilə gətirdilər.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031