Dualarımız niyə qəbul olunmur? – İmam Səccadın (ə) tövsiyələri
Mьəllif: admin1
Tarix: 7-02-2018, 14:14
Dualarımız niyə qəbul olunmur? – İmam Səccadın (ə) tövsiyələri
Bizlərdən bir çoxu şikayət edir ki, hər gün Allaha tərəf əllərimizi açmağımıza və o cümlədən, ziyarətlərə getməyimizə, Ərbəin yürüşündə iştirak etməyimizə baxmayaraq, dualarımız qəbul olmur.

İmam Səccada (ə) sual verirlər ki, necə olur ki, dualarımız qəbul olunmur? Həzrət (ə) buyurur: “Duanın yerinə yetməsinə mane olan günahlar ibarətdirlər:

- niyyətin pis olması,

- batinin napak olması,

- Allah tərəfindən həmin duanın yerinə yetməsinə ümidin olmaması,

- vacib namazı təxirə salmaq,

- danışan zaman söyüşdən və pis sözlərdən istifadə etmək”.

Niyyətin pis olması.

Əgər insan niyyət edən zaman nəfsi ona qalib gələrsə, belə dualar İlahi hədəf daşımazsa – o zaman yerinə yetməsində maneələr yaranar. İmam Əli (ə) buyurur: “Hər kimin niyyəti yaxşı olarsa, tövfiq ona yardım edəcəkdir”.

Batinin napak olması.

Yəni, bu insan – bilərəkdən və ya bilməyərəkdən şeytanın (lən) quludur və insanların xeyirini istəmir. O, insanlara həsəd aparır və onların qəminə sevinir.

Duanın yerinə yetəcəyinə ümidsiz olmaq.

İnsan dua edən zaman gərək onu yerinə yetəcəyinə görə şəkki və şübhəsi olmasın, sanki duasının həyata keçməsi qapı arxasındadır və onu gözləyir.

Vacib namazları təxirə salmaq.

O zaman ki, Həzrət Zəhra (s.ə) Peyğəmbərə (s) sual verir ki, namazı yüngül hesab edənləri nə gözləyir? Həzrət (s) cavab verir ki, 15 əzaba düçar olarlar. 6-sı dünyada, 3-ü ölən zaman, 3- qəbirdə və 3-ü Qiyamətdə.

Danışan zaman nalayiq sözlərdən istifadə etmək.

İmam Sadiq (ə) dostlarından birinə üzünü tutub buyurur: “Bəni-İsrayildə bir kişi yaşayırdı ki, davamlı olaraq Allah Təalaya dua edərdi ki, ona övlad əta etsin. Ancaq duası yerinə yetmirdi. O, yuxu görür və carçı ona deyir: “Şübhəsiz ki, sən Allaha 3 il dalbadal ixlassız dua edirsən, bundan başqa söyüş söyən, pis söz deyən və təqvasız qəlbə maliksən. Söyüş söyməyi və pis söz deməyi özündən uzaqlaşdır. Təqvalı ol və niyyətini islah et”.

O, kişi tövsiyə olunanlara əməl edir və duası yerinə yetir. Allah Təala ona övlad əta edir”.

Bunu qeyd etmək lazımdır ki, hər kim duasının yerinə yetməsini istəyirsə, gərək hər gün istiğfar etsin və günahlarına görə bağışlanma istəsin. Çünki məhz günah – duaların yuxarı qalxmasına mane olan ən mühüm amildir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930