Əməlsiz məhəbbət olurmu?
Mьəllif: admin1
Tarix: 11-01-2022, 12:53
Əməlsiz məhəbbət olurmu?
Ustad Qiraəti deyir: “İnsanın fitri və insani hallarından biri – örnək götürməyi və qəhrəmanları sevməyi bacarmasıdır.

Tərbiyənin ən mühüm və təsirli yollarından biri – münasib örnəkləri tanımaqdır. Hər nə qədər örnək üstün və kamil olarsa, daha çox cazibəyə malik olar.

Vilayət və Əhli-Beyt (ə) məhəbbəti – örnək götürməyin ən mühüm zəminəsidir. Çünki o zaman ki, insan bir başqasını sevər, çalışar ki, rəftar və danışığını ona uyğun etsin. Əhli-Beytə (ə) olan məhəbbətdə bir cəzb və meyil olar ki, insanı xeyir əməllərə tərəf sövq edər.

O zaman ki, uşaq atasından tort istəyər və atası da söz verər ki, ona tort alacaqdır, uşağın gözü yolda olar ki, atası nə zaman evə qayıdacaqdır. Elə ki, atası evə daxil olar, ondan soruşar ki, tort almısan?

Əgər atası desə ki, yox, ancaq səni çox istəyirəm, məgər bu uşaq bələ əməlsiz sevgini qəbul edərmi?”.

Ona görə də deyə bilərik ki, hər kimin Əhli-Beytə (ə) və vilayətə sevgisi olar, əməl və rəftarları da onlara uyğun olar ki, bu da insanı ancaq xeyir işlərə tərəf sövq edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930