Qiyamətin tək hakimi Allah olacağını eşidən kişinin təbəssümü
Mьəllif: admin1
Tarix: 5-02-2018, 22:07
Qiyamətin tək hakimi Allah olacağını eşidən kişinin təbəssümü
Rəhmət, mərhəmət yaradılışın özəyidir. Allah Təala insanı və bütün varlığı Öz rəhməti, mərhəməti ilə yaradıb. Sülh və qardaşlıq dini olan İslamda bütün işlərin, yazı və məktubların, bütün Quranın “ Rəhman və Rəhim Allahın adı ilə” başlaması bunun bariz göstəricisidi. Təfsirə əsasən Rəhman dünyada hər kəsə, Rəhim isə axirətdə yalnız iman əhlinə rəhm edən mənasındadır.

Hətta mərhum alim, ustad Əllamə Təbətəbaidən ömrünün sonlarında dəyərli bir tövsiyə istəyirlər, alim buyurur:

“Hamı ilə mehriban ol!

Çünki Quran bütünlüklə Bismilləhir-Rəhmanir-Rəhimdən ibarətdir. Allahın bütün məxluqi ilə Rəhman, möminlərlə isə Rəhim ol!”

Hədislərdə Allahın rəhmət və mərhəmətinin qəzəbindən irəlidir olduğu buyururlur. Qurani Kərim bu barədə buyurur:

“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.” (Nisa-31)

Allahın rəhmətinə ümidli olmağın əhəmiyyətinə işarə edən hadislərdən birin də bir ərəb kişinin peyğəmbərə (s) yaxınlaşıb rəhmət barədə sual verməsi hadisəsidir. Hədisdə deyilir:

Bir ərəb kişi peyğəmbərə yaxınlaşıb soruşdu:

Ey Allahın Rəsulu (s) qiyamət günündə hesab çəkmək kimin öhdəsində olacaq?

Peyğəmbər (s): Allahın!

Kişi: Allah Özümü bu işi görəcək?

Peyğəmbər (s): Bəli!

Kişi sevinclə təbəssüm etdi. Peyğəmbər (s) soruşdu: Niyə gülürsən?

Kişi: Kərim və böyük Allah qüdrətli olsada bağışlayandır. Hesablaşmaya gəldikdə, O, müstəsna edən və rəhməti ilə hesab çəkəndir.

Peyğəmər (s) buyurdu: “Bu kişi doğru deyir. Allahdan böyük kərəm sahibi yoxdur. O Kəramətlilərin ən Kərimi, böyüklərin ən Böyüyüdür.”
(İslaminSesi)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031