İmam Sadiq (ə) Zəhra adını belə mənalandırıb
Mьəllif: admin1
Tarix: 24-12-2022, 10:26
İmam Sadiq (ə) Zəhra adını belə mənalandırıb
Allah Rəsulunun (s) sevimli qızı Xanım Fatimə (s.ə) bütün islam ümmətinin sevimlisi, fəzilət və mənəviyyatında heç kimin şəkk etmədiyi bir şəxsiyyətdir.

Bu səbəbdən hər kəs Xanımı (s.ə) ehtiramla yad edir, hətta Xanımın (s.ə) mübarək ad və ləqəblərini öz övladlarına qoymaqda fərəh hissi keçirirlər.

Xanım Fatimə (s.ə) az ömür sürməsinə baxmayaraq (18 il) Allah dərgahında uca məqamları fəth edəcək bərəkətli ömür yaşayıb.

Bu səbəbdən insanlar o Xanımı (s.ə) “Zəhra”, “Mərziyyə”, “Tahirə”, “Bətul” və sair müxtəlif izzət bəxş edici ləqəblərlə çağırıblar.

Xanım Fatimənin (s.ə) ən məşhur ləqəblərindən biri “Zəhra”dır. Araşdırmaçı mütəxəssislər bu ləqəbə çiçək, ulduz və bu kimi mənalr vermişlər.

Lakim İmam Sadiq (ə) bu adı daha dolğun şəkildə belə mənalandırıb. Bir nəfərin bu barədəki sualına İmam (ə) belə cavab vedid:

“Xanım Fatimə (s.ə) ibadət üçün öz mehrabında durduqda onun nuru göy əhlinə işıq saçırdı. Necəki ulduzlar yeri və əhlini işıqlandırır.” (İləluş-şərae cid 1/181)

İmamın (ə) verdiyi tərifə görə “Zəhra” ləqəbinin mənası yerə, göyə işıq saçan nur mənasındadır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930