İnsan öldükdən sonra belə onun üçün savab qazandıran işlər
Mьəllif: admin1
Tarix: 5-02-2018, 22:01
İnsan öldükdən sonra belə onun üçün savab qazandıran işlər
İnsanın əməlləri xeyir və şər işlər olaraq iki qismə bölünür. Bunların da hər ikisi insanlarda özünə məxsus təsirini buraxır. Yaxşı əməllər yaxşı, pis əməllər mənfi təsirini qoyur. İnsan da məhz bu təsirlər altında formalaşır. Yəni insanın “sabahı” bu günündən aslıdır.

Hətta insan dünyadan köçüb getdikdə belə onun yaxşı və pis əməllərinin təsirini həm özü görür, həm də digər insanlıar görüb, bilir.

Özü bu kimi əməllərin qarşılığını ya xeyir dua şəklində, yaxud Allahdan hər hansı bir formadasa əvəz olaraq alır. Dünyadakı insanlar isə onun yaxşı işlərindən faydalanır, pis işlərindən isə əziyyət çəkir.

Bu səbəbdən insan yaxşı işlər görməlidir ki, ən azından yaxşı kimi xatırlansın. İnsanlar onun qoyub getdiyi işlərdən faydalansın, özü isə bunun savab və xeyir-duasına yetişsin.

Həzrət Peyğəmbər (s) buyurub: “Yeddi şey vardır ki, insan ölüb dünyadan köçdükdən sonra belə onun üçün savab qazandırar, bu savab onun əməl dəftərinə yazılar:

Bir kəs ağac əkə,

Bir su quyusu qaza,

Bir çay axıda (çəkib gətirə),

Ya məscid tikə,

Ya Quran yaza, yaxud Quran qoyub gedə,

Özündən sonra faydalı elmi biliklər qoya,

Özündən sonra onun üçün bağışlanma diləyən əməli saleh övlad qoyub gedə.”

(Mədənul-cəvahir 59) ( Tənbihul-xəvatir 2/110)

Quranda Yasin surəsinin 12-ci ayəsində buyurulur:

“Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik.”

Təfsir alimləri “nə etmiş olduqlaı” kəlməsini insanın öz əməllərinə, “qoyub getdikləri” kəlməsini isə özündən sonra ona yetişəcək savaba işarə olunduğunu bildirmişlər.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930