Məzarını tələbələrin getdiyi yolda qazdıran düha
Mьəllif: admin1
Tarix: 5-02-2018, 14:27
Məzarını tələbələrin getdiyi yolda qazdıran düha
Ayətullah Mərəşi-Nəcəfi nadir kitabların müstəmləkəçilər tərəfindən alınıb aparılmasını əngəlləmək üçün bütün təqaüdünü sərf edər və gecələr işləyərdi

Ayətullah Mərəşi-Nəcəfinin kitabxana məsulu deyir: “Bu kitabxanada əsas mənbələr olan “İstibsar”ın iki cildi, “Kafi”nin iki cildi və 6-cı hicri-qəməri ilinin bəzi kitabları vardır ki, YUNESKO tərəfindən qeydiyyata alınmışdır”.

Hüccətil-islam Seyid Mərəşi-Nəcəfi elmi hövzənin mədəni tədqiqatlar və mütaliə mərkəzinin işçiləri ilə görüşən zaman demişdir: “Qədim zamanlarda çətin şəraitlərdə alimlər tərəfindən yazılmış kitabların qədrini bilməliyik. Əgər bəzi zalımlar tərəfindən məhv edilmiş mənbələrə bu gün əlimiz çatsaydı, bir çox başqa kitablara ehtiyac olmazdı. Səfəvilər dövründə və hətta ondan əvvəl belə kitabların bir çoxu məhv edilmişdi. Çünki, Səfəvilər kitabların əsl nüsxəsini məhv etməklə, bu kitabları öz adları ilə təqdim etmək istəyirdilər.

Çox təəsüf ki, bu gün elə həmin səbəbə görə biz bir çox yerlərdə ittiham olunuruq ki, Əhli-Beytin (ə) dörd kitabı Səfəviyyə dövründə saxtalaşdırılmışdır.

Atam (Ayətullah Mərəşi-Nəcəfi) nəql edərdi ki, cavanlıqda Nəcəfdə olanda İngilis müstəmləkəsinə tabe olan bir şəxs vəfat etmiş alimlərin hərraca çıxarılan kitablarını alardı. Mən o zaman tələbə idim və aldığım təqaüd də çox az idi. Bu ingilislə rəqabətə girmək üçün yeməyimin birini ləğv etdim, gecələri işləməyə başladım. Bu işləri görərək, bir qədər pul toplaya bilmişdim və bu yolla ingilisin kitab alan əlini qısalda bilmişdim.

Ayətullah Mərəşi Nəcəfi (r) ömrünün axırına qədər Əhli-Beyt (ə) kitablarının və mənbələrinin original nüsxələrini toplamağa xüsusi səy göstərirdi. Baxmayaraq ki, bu böyük mərcə Həzrət Məsumənin (s.ə.) mütəhhər hərəmində 70 il namaz iqamə etmişdir və onun üçün hərəmin yaxınlığında qəbir ayırmışdılar, ancaq o istəmişdir ki, onun qəbri – kitabxananın və Əhli-beyt (ə) elmini axtaranların yolunda olsun.

Rəhmətlik İmam (r) bir gün mənə demişdi ki, istəyir bu dəyərli kitabxananın inkişaf etməsi və genişləndirilməsi zəminində yardım göstərsin. Ona görə göstəriş vermişdi ki, bu elmi mərkəz üçün yeni bina inşa edilsin və buna görə lazımi büdcəni ixtiyarımıza versinlər. Ayətullahül-üzma cənab Seyyid Əli Xameneyinin dövründə bu yardımlar davam etməkdədir.

Ayətullah Mərəşi-Nəcəfinin (r) kitabxanası dünyanın 400-ə yaxın kitabxanası və elmi mərkəzi ilə rabitədədir. Bundan başqa dünyanın müxtəlif yerlərindən bu kitabxananı görmək üçün müraciətlər qəbul olur. Çünki bu kitabxanada olan mənbələrin bir çoxu başqa kitabxanalarda tapılmır”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930