Həzrət xanım Fatimənin (s.ə) Behişt paltarı
Mьəllif: admin1
Tarix: 4-02-2018, 22:50
Həzrət xanım Fatimənin (s.ə) Behişt paltarı
Yəhudilərdən bir qrupu, toy məclisi keçirmək istəyirdilər. Həzrəti Peyğəmbərin (s) hüzuruna gəlib dedilər: “Bizim sizin boynunuzda qonşuluq haqqı vardır. Sizdən istəyirik ki, Fatiməni (s.ə) bizim toy şənliyinə göndər. Onun olması toya daha da şövkət və gözəllik verər.” Yəhudilər bu istəklərində çox israr etdilər.

Peyğəmbər (s) buyurdu: O Əliyyibni Əbitalibin həyat yoldaşıdır. Əlidən icazə alın.

Yəhudilər, Peyğəmbərdən (s) istədilər ki, o, Əlidən Fatiməni onların toy şənliyinə göndərməsini istəsin.

Yəhudi qadınları özlərini cürbəcür zinətlərlə bəzəmişdilər. Güman edirdilər ki, Fatimə (s.ə) sadə və qiymətsiz paltar ilə toya gələcək və onlar da xanımı belə paltarla təhqir etmək istəyirdilər. Elə bu zamanda Cəbrail (ə) Fatimə (s.ə) üçün behiştdən paltar və zinətlər gətirdi. O paltar və zinətlərin misli (bərabəri) görünməmişdi. Fatimə (s.ə) o paltarı geyib, özünü elə bəzədi ki, başqa qadınlar onu görüb və onun gözəl ətrindən heyran qaldılar.

Fatimə (s.ə) onların toy məclisinə daxil olan zaman, yəhudi qadınlar Xanımın gözəl behişt paltarını görüb elə heyran qaldılar ki, ona təzim etdilər. Onlardan bir qrupu isə, Xanımın bu möcüzəsindən müsəlman oldular.[1]



[1] Biharul-Ənvar, 43-cü cild, səh. 30.

(ahliman.info)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031