Böyük qorxu nədir? Ondan necə qorunmaq olar?
Mьəllif: admin1
Tarix: 16-06-2022, 10:58
Böyük qorxu nədir? Ondan necə qorunmaq olar?
Biz insanların çətinliyi bundadır ki, Qiyamət sözünü eşidən zaman çox sadə şəkildə bu mövzunun kənarından keçib gedə bilirik və onun nə qədər ciddi bir məsələ olduğuna diqqət etmirik.

Məsumlarımız (ə) hər zaman bu dəhşətli günü bizə tanıtmağa çalışmış və kor olmuş gözlərimizi bu həqiqətə açmağa cəhd etmişdir.

Belə ki, İmam Əlinin (ə) buyurduğuna görə, bu, elə bir dəhşətli gündür ki, nə gözlər onun kimisini görmüş və nə də qulaqlar onun kimisini eşitmişdir.

Hər kim bu günü və onun səhnələrini görərsə, heç bir zaman onu unutmaz. Amma hələ ki, dünya pərdəsi çəkilməmişdir, onun həqiqətlərini dərk etmək bizim üçün çətindir.

İmam Əli (ə) buyurur: "Ey Allah bəndələri! Ölümdən və ölümün yaxınlaşmağından qorxun. Ölüm üçün lazım olan hazırlığı görün. Ölüm özü ilə böyük cərəyan və ağır çətinliklər gətirər. Ya da xeyir ki, ondan sonra şər olmaz, ya da şər ki, onda heç bir zaman yaxşılıq olmaz”.

Həzrət Əli (ə) bu nurani hədisdə bizlərə ölümü xatırladır və buyurur ki, ona hazırlaşın, çünki o, yaxınlaşmaqdadır. Bu dünyada yaşayan heç bir canlı əbədi deyildir.

Bir gün gələcək, bütün canlılar məhv olacaqdır. Hər kəs ölümü dadacaqdır. Ölüm - inkarolunmaz bir həqiqətdir. Hər kəs qarşısında təslim olar və canı və ruhu ilə onu qarşılayar.

İmam (ə) bu hədisdə böyük günə işarə edir və ölümün gətirəcəyi çətinliklərdən söz açır.

"Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Qur’anın haqq olması) haqqında”. ("Nəbə” 2).

«Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O, zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir”. ("Əraf” 187).

Əmr ibni Mədi ərəbin şücaətli igidlərindən idi. O, müsəlman olmamışdan əvvəl Həzrət Peyğəmbərin (s) yanına gəlir.

Həzrət (s) ona buyurur: "Ey Əmr, İslamı qəbul et ki, Allah səni ən böyük qorxudan amanda saxlasın”.

Əmr deyir: "Böyük qorxu nədir? Mən o qədər qüvvətli ürəyə malikəm ki, heç bir qorxulu şeydən qorxmaram”.

Həzrət (s) buyurdu: "Ey Əmr! Sənin güman etdiyin kimi deyildir. Həqiqətən, Qiyamətdə insanlara fəryad çəkilər. Elə bir fəryad ki, dirilməmiş ölü qalmaz.

Sonra onlara bir fəryad çəkilər ki, onların hamısı dirilər və sıraya düzülər. Səma parçalanar və dağlar tökülər. Elə bir ruh sahibi yoxdur ki, ürəyi qazılmasın və günahlarını yadına salmasın”.

Həzrət (s) Qiyaməti o qədər təsvir etdi ki, Əmrin bədəni titrəmyə başladı və dedi: "Qarşından gələn bu gün üçün nə edək?”.

Həzrət (s) buyurdu: "Şəhadətləri de”. Əmr qəbiləsi ilə bir yerdə müsəlman oldu.

İmam Əli (ə) buyurur: "Behişt üçün əməl edənlərdən kim behiştə daha yaxındır və atəş üçün əməl edənlərdən kim atəşə daha yaxındır?”.

İmam (ə) bu nurani hədisdə buyurur ki, behiştlə cəhənnəmin rabitəsi vardır. Yəni hər ikisi insanın əməlindən asılıdır. Adil və Mehriban Allah bizlərə ancaq mərhəmət və rəhm edir.

Bu bizik ki, özümüzü bilərəkdən atəşə atırıq. Ona görə də əgər əbədi səadət istəyiriksə, onun ardınca olarıq, Allahın buyurduqlarına, Məsumların (ə) çatdırışlarına əməl edərik. Əks halda atəş bizi gözləyir.

Həzrət Peyğəmbər (s) buyurur: "Merac gecəsində behiştə daxil oldum və mələkləri gördüm ki, qızıl və gümüş kərpicdən bina tikirlər. Bəzən də əl saxlayıb gözləyirlər.

Onlara dedim: "Niyə bəzən işləyirsiniz və bəzən də əl saxlayırsınız?”.

Dedilər: "Gözləyirik ki, vəsait gəlsin”.

Dedim: "Vəsaiti nə edirsiniz?”.

Dedilər: "Mömin dünyada zikr deyəndə:

سبحان الله و الحمد لله و لا اله الا الله و الله اکبر»

"Subhənallah vəlhəmdulilləh və lə iləhə illəllah, vəllahu əkbər”

Biz tikirik, nə zaman özünü saxlasa, biz də özümüzü saxlayarıq”.

Allah Təala bizləri böyük qorxu gününün əzabından amanda saxlasın.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930