Seyid Mürtəza və dərsə gecikən şagirdin əhvalatı
Mьəllif: admin1
Tarix: 4-02-2018, 10:06
Seyid Mürtəza və dərsə gecikən şagirdin əhvalatı
Seyid Mürtəzanın şagirdlərindən biri bəzi vaxtlar dərsə gec gəlib çatırdı. Bir gün Seyid ondan gecikməyinin səbəbini soruşdu. Şagird dedi: - Mən çayın o tərəfindən gəlirəm. Bəzi vaxtlar orada qayıq olmadığı üçün gözləməli oluram.

Seyid bir kağız götürüb ora nəysə yazdı və şagirdinə verib dedi: - Çaya çatanda bu kağızı əlinə götür və suyun üstündən keç.

Şagird bir müddət bu göstərişə əməl etdi. Amma günlərin birində yenə dərsə gecikdi. Seyid yenə gecikməsinin səbəbini soruşdu.

Şagird dedi: - Sizin dediyiniz kimi çaya çatdıqda kağızı əlimə götürüb çaydan keçirdim. Bu dəfə fikrimə gəldi ki, kağızı açım və orada nə yazdığınızı bilim. Əgər bir gün kağızı itirsəm, ondan istifadə edim. Kağızı açdıqda gördüm ki, orada yazılıb: “Bismillahir-rəhmanir-rəhim”. Öz-özümə dedim: -Elə bu?! Çayın qırağına gəldim və həmişəki kimi ayağımı suya qoydum. Gördüm, ayağım suya batır.

Seyid dedi: - Mənim onu yazdığım etiqad sənin çaydan keçməyinə səbəb olurdu. Sənin “elə bu” deməyin, suda batmağına bais olub.

Mürtəzəviniya, Məhəmmədbaqir,“Örnəklər və ibrətlər”, səh. 37-38.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031