Nə üçün 88 yaşlı Ayətullah hovuza baxanda ağladı?
Mьəllif: admin1
Tarix: 3-02-2018, 18:44
Nə üçün 88 yaşlı Ayətullah hovuza baxanda ağladı?
Ustad Ənsarian nəql edir: “Mərhum ayətullah Behcət artıq 50 ildən çoxdur ki, dünyasını dəyişmişdir. Alim dövrünün ən elmli və nəfs sahibi olan insanlarından idi.

Onun 88 yaşı olanda Qumda çox istilər olur və sərinləmək üçün alimi Qumun kəndlərindən birinə aparırlar. İxtiyarına bir ev verirlər ki, hər tərəfi bağ idi. Həyətdə bir hövuz var idi ki, su bir tərəfdən tökülür və o biri tərəfdən saf şəkildə bayıra axırdı.

Alimin bir xidmətçisi var idi ki, ona qulluq edirdi. O, danışır: “Bir gün mən alış-veriş üçün getmişdim və evin açarı da məndə idi. Qapını açan zaman alimin yüksək səslə ağladığını eşitdim. Çox narahat oldum və alimə tərəf qaçdım. Gördüm ki, hovuzun kənarında əyləşib ağlayır.

Bir qədər sakitləşəndən sonra göz yaşlarını sildim və ağlamağının səbəbini soruşdum. Buyurdu: “Bu suya bax: bir tərəfdən gəlir və o biri tərəfdən tökülür. Bu gedən su artıq qayıtmır, o artıq gedibdir.

Ömrümün 88 ili artıq keçmişdir və bir anı belə qayıtmayacaqdır.

Ağlamağım ona görədir ki, bu illərdə əlim boş qalmışdır və tezliklə o tərəfə gedəcəyəm. Bəs Allahın cavabını necə verəcəyəm?”".

Bu qədər elm, təhsil və nəfs sahibi olmasına baxmayaraq, alim özünü əliboş hesab edirdi...

Ustad Ənsarian yazır: “İnsan gərək behişti dünyada yaratsın. Axirətdə əməl yoxdur. Behişt əməlləri – həmin ibadətlər, əxlaqlar, pak niyyətlər, səfa və sədaqətdir. Bütün bunları dünyada təmin etmək lazımdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930