Zalım hökumətlərin əsasını xalqa etimadsızlıq və sui-zənn təşkil edir
Mьəllif: admin1
Tarix: 1-02-2018, 21:48
Zalım hökumətlərin əsasını xalqa etimadsızlıq və sui-zənn təşkil edir
XALQA ETİMAD

İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı

Zalım hökumətlərin əsasını xalqa etimadsızlıq və sui-zənn təşkil edir. Hakim xalqı özündən aşağı tutur və dövlətə düşmən sayır. Buna görə də dövlətin işi-gücü xalq arasında məlumat toplayıb müxtəlif bəhanələrlə müxalifləri əzmək olur. Belə bir hakim bir dəstə məzlumu başıqapazlı etməklə öz nöqsanlarını pərdələyir, müvəqqəti hakimiyyəti dövründə xalqa iztirab verir.

Əksinə, İslam prinsipləri üzərində qurulmuş dövlətdə xalqa etimad və xoşgümanlıq hakim olur, vali tabeçiliyində olan xalqa dost və həmkar gözü ilə baxır. Belə bir hakim öz dövlətini xalqdan və xalqı özündən sayır. Ədalətli müsəlman hakim dövlətin möhkəmliyini xalq hərəkatlarında görür, daim xalqı razı salmağa çalışıb, xalq arasından casusluğa səy göstərmir.

Həzrət Əli (ə) buyurur:

“Bil ki, rəiyyətin vəfadarlığı üçün valinin onlara ehsanı, dolanışıq xərclərini yüngülləşdirməsi, vəzifələri olmayan işə məcbur etməməsi ən təsirli amildir. Demək, sənin proqramın olmalıdır və bu proqram əsasında rəiyyətinə xoşgüman olasan. Bu xoşgümanlıq sənin çiynindən ağır yüklər götürər.
Sənə xoş münasibətinə ən çox layiq olan şəxs sənin siyasətini yaxşı bilən, sənin pis münasibətinə ən layiq olan şəxs sənin siyasətini ən pis bilən şəxsdir.”

Xalqa etimadın və xoşgümanlığın əsassız olmaması üçün həzrət Əli (ə) yollar göstərir: Ehsan, dolanışıq xərclərinin yüngülləşdirilməsi, məcburi işlərin qarşısının alınması.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930