Oğrunu hidayət edən və malı qaytarmağa məcbur edən nə oldu? – Ustad Ənsarianın xatirələrindən
Mьəllif: admin1
Tarix: 30-01-2018, 20:27
Oğrunu hidayət edən və malı qaytarmağa məcbur edən nə oldu? – Ustad Ənsarianın xatirələrindən
Ustad Ənsariyanın xatirələrindən: “Şirazda idim və əlimə bir məktub gəlib çatdı ki, orada yazılmışdı: “Mən institutun rektoruyam. Sizin xidmətinizə gəlmək istəyirəm”.

Xəbər verdim ki, evimə gəlsin. O, qardaşı ilə gəldi və dedi: “Qardaşım İngiltərədə unuversitet qurtarmışdır. Çətinliyi vardır və sizdən həll yolunu istəyir”.

O, dedi: “Hacıağa! Mən İngiltərədə bir ingilis qızı ilə tanış olmuşam. Evinə gedib-gəlirdim. Biz evlənmək istəyirdik. Ona müsəlman olmağı təklif etdim və o da razı olub qəbul etdi. Evləndik və ali məktəbi bitirib, vətənə qayıtdım. Mən universitetdə dərs deməyə başladım.

Təsadüfü olaraq üç və dörd dəfə həyat yoldaşımın məktubunu gördüm və onlardan bəlli oldu ki, anqlikan kilsəsinə təvəssül edir və o, Londona geri qayıtmaq istəyir. Onunla bu haqda danışdım və mənə etiraf etdi ki, müsəlman olmağının əsil səbəbi mənimlə evlənmək olmuşdur. Ancaq o, Londona qayıtmaq istəyir.

Mən etiraz etdim, ancaq bir gün gizli şəkildə Londona qayıtdı. İki qızım vardır ki, birinin 10 və o birisinin 12 yaşı vardır. Çox narahatam”.

Cavabında ona dedim: “Hər bir halda belə bir insanın o uşaqların anası olmasına haqqı yoxdur. Çünki dindən dönmüş və kafir olmuşdur. Yaxşı olar ki, onunla əlaqəni kəsəsən. Allah ondan da yaxşısını sənə nəsib edəcəkdir”.

Allahın Qurandakı kəlamını misal gətirərək, ona söz verdim.

Bir il keçdi və onu Ərəfat səhrasında gördüm. Məni qucaqlayıb öpdü və ağladı. Dedi: “O qadınla əlaqəmi kəsəndən sonra doktorluğu olan bir alim xanımla evləndim. O, çox mənəvi insandır, gecə namazı əhlidir. Biz hər həftə evimizdə “Kumeyl” məclisi təşkil edirik. O əyyamda sizin sözləriniz və minbərlərdəki xütbələriniz mənə müsbət təsir göstərmişdi”.

Digər hadisə: “Bir gün müharibədə yaralanmış bir əsgəri ziyarət etmək üçün xəstəxanaya getmişdim. Xəstənin başı üstündə dayanmışdım. Bir oğlan salondan keçirdi və o, məni gördü. Otağa daxil oldu və salam verdikdən sonra, məndən soruşdu: “Sizin maşınınız vardırmı?”.

Dedim: “Xeyr”.

Dedi: “Mən sizi gedəcəyiniz yerə aparmaq istəyirəm”.

Mən də dedim ki, olar.

Maşına minən zaman bir-iki dəfə oturacağa vurub, dedi: “Hacıağa! Bu maşının qəribə hekayəsi vardır”.

Dedim: “Mənim üçün danış”.

Dedi: “Mən bir şirkətdə işləyirəm. Allah mənə bir uşaq vermişdir. Onun dünyaya gəlişindən beş gün keçmişdi ki, idarədə mənə tapşırıq verdilər və yolum evimin yanından düşdü. Dedim ki, gedib uşağımı bir qədər görüm, sonra işə qayıdaram. Qayıdan zaman gördüm ki, maşını oğurlayıblar. Maşında sizin xütbələrinizdən ibarət olan 10 ədəd disk var idi.

Üç gün sonra evimdən çıxanda gördüm ki, maşın qapımın ağzındadır. Açar da mənim özümdə olduğu üçün, qapısını açdım. Gördüm ki, içərisində bir məktub var. Orada yazılmışdı: “Mən maşını oğurladım ki, onu satım. Ancaq orada diskləri gördüm. Onları evimə aparıb qulaq asdım. Danışanın kim olduğunu bilmirəm. Ancaq mənə elə təsir etdi ki, həyatım alt-üst oldu.

Bu sizin maşınınız, bu da pulunuz. Ancaq o diskləri qaytarmayacağam. İndi cəbhəyə gedirəm. Ailəmi Allaha tapşırıram”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930