Qeybətin kəffarəsi nədir?
Mьəllif: admin1
Tarix: 28-06-2021, 23:42
Qeybətin kəffarəsi nədir?
Həzrət Peyğəmbər (s) buyurur: “Qeybətin kəffarəsi budur ki, qeybət etdiyin şəxs üçün bağışlanma istəyəsən”.

Yenə də Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, qeybətin kəffarəsi nədir? Həzrət (s) buyurur: “Qeybət etdiyin kəsi nə zaman yada salsan, Allahdan bağışlanma istəyəsən”.

Möminin abrını qorumağın mükafatı.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim möminin abrını qoruyar, şübhəsiz ki, behişt ona vacib olar”.

Qulağına hakim ol! Qeybətə, yalan, böhtana, digər iyrəncliklərə qulaq asma.

İmam Əli (ə) buyurur: “Qulağını yaxşılıqları eşitməyə adət etdir. Sənin düzgünlüyünü artırmayan şeylərə qulaq asma. Çünki bu iş qəlbləri paslandırar və məzəmmətə səbəb olar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930