Naməhrəmlə münasibətdə 10 nöqtəyə diqqət etməli
Mьəllif: admin1
Tarix: 8-02-2021, 11:45
Naməhrəmlə münasibətdə 10 nöqtəyə diqqət etməli
1. Bəyənilən şəkildə danışmaq.

İslam dini naməhrəmlə ünsiyyət quran zaman bəzi ədəb qaydalarına riayət etməyi tövsiyə edir. Quranda Həzrət Yusif (ə) haqqında oxuyan zaman görürük ki, Züleyxa və Misir qadınları Yusiflə (ə) ünsiyyət qurmağa çalışırlar.

Yusif (ə) bu ünsiyyətdə təhrikedici rəftarların olduğunu bildiyi üçün, Allaha belə dua edir: “(Yusuf) dedi: «Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyl edər və nadanlardan olaram»”. (“Yusif” 33).

Bu ayədən görmək olur ki, naməhrəm qadınla ünsiyyət o qədər təhlükəlidir ki, hətta peyğəmbərlik məqamında olan biri ondan qorxur. Zindana getməyə hazırdır, ancaq onlarla ünsiyyət qurmağa deyil.

2. Naməhrəmlə zarafat etməmək.

Naməhrəmlə zarafat etmək - arada olan sərhədi zəiflədər. Günaha batmaq ehtimalını gücləndirər. Ona görə də İlahi övliyalar həmişə insanları naməhrəmlə zarafat etməkdən çəkinməyi tövsiyə edərdilər.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, naməhrəm qadınla zarafat edər, onunla danışdığı hər kəlməyə görə cəhənnəmdə min il həbs olunacaqdır”.

İmam Sadiqin (ə) şagirdlərindən olan Əba Bəsir nəql edir ki, Kufədə bir qadına Quran öyrədirdim, bir gün onunla zarafat etdim və Mədinədə İmam Baqirin (ə) xidmətinə gələndə məni danladı və buyurdu: “O kəs ki, xəlvətdə günaha batar, Allah ona etina etməz. O qadına nə dedin?”.

Xəcalətdən üzümü bağladım və tövbə etdim.

Həzrət (ə) buyurdu: “Bir daha təkrar etmə””.

3. Danışan zaman təvazökarlıqdan uzaq olmamaq.

Əgər naməhrəmlə ünsiyyət qurmaq zərurəti yaranıbsa, gərək elə sözlər və kəlmələrdən istifadə edəsən ki, təhrik yaratmasın. Qarşı tərəf vəsvəsəyə düşməsin.

Allah Təala Peyğəmbərin (s) həyat yoldaşlarına buyurmuşdu: “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz.

Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. (“Əhzab” 32).

4. Zərurət olduğu qədər danışmaq.

Həzrət Musa (ə) Misirdən çıxır və Mədainə gəlir. Bir dəstə insanlar görür ki, su quyusunun ətrafında toplaşıblar. Bir qədər aralıda isə iki qadın dayanıb və onlar tək halda qoyunları otarırlar.

Həzrət Musa (ə) onların bu rəftarından təəccübləndiyi üçün soruşdu: “Sizin işiniz nədir? Niyə qoyunlarınıza su vermirsiniz?”.

Onların arasında olan danışıq zəruri həddi keçmədi və hətta Həzrət Musa (ə) qoyunlara su verəndə onlardan fasilə saxlayır və danışmırdı. Bu da naməhrəmlə sərhədin hədlərini müəyyən edir.

5. Xəlvətdə olmamaq.

Naməhrəmlə xəlvətdə qalmaq – dinimiz tərəfindən həmişə məzəmmət edilmiş və bəyənilməmişdir.

Əgər naməhrəmlə ünsiyyət qurmağınız zəruridirsə, gərək elə bir məkanda olasınız ki, başqaları da ora girib-çıxsınlar və qapı açıq olsun.

Çünki xəlvətdə qalmaq - şeytanın ən böyük silahıdır ki, insanı asanlıqla günaha düçar edə bilər.

İmam Sadiqin (ə) tərəfdaşlarından olan Muhəmməd Təyyar nəql edir ki, Mədinəyə daxil oldum, bir müddət orada qalmaq istəyirdim. Ona görə də kirayəlik ev axtarırdım.

Bir ev tapdım ki, iki otağı var idi və bir qapı ilə bir-birindən ayrılırdı. Otaqlardan birində bir cavan qadın qalırdı və otaqların bir-birinə yolu olduğu üçün, onu tutmaqdan imtina etdim.

Ancaq bu qadın dedi ki, əgər siz kirayə etmək istəyirsinizsə, mən bu qapını həmişı bağlı saxlayaram.

Mən də bu şərtlə qəbul etdim. Ancaq bir müddət sonra qadın otağın havasını dəyişmək bəhanəsi ilə qapını açıq qoyurdu və qapını bağlamaq istəmirdi.

Mən də İmam Sadiqin (ə) xidmətinə getdim və macəranı ona danışdım.

Həzrət (ə) buyurdu: “Heç bir qadınla kişi xəlvət etməz, məgər o halda ki, şeytan üçüncüsü olar”.

6. Sərhədləri qorumaq.

Naməhərmlə ünsiyyət zamanı fasiləniz kifayət qədər çox olarsa, imanınız sağlam qalar.

Allah Peyğəmbərin (s) səhabələrinə belə bir tövsiyə verir: “Əgər onlardan (Peyğəmbərin zövcələrindən məişət ləvazimatlarından) bir şey istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm sizin qəlbləriniz üçün, həm də onların qəlbləri üçün daha təmiz olar”. (“Əhzab” 53).

7. Geyimə diqqət etmək.

Naməhrəm qarşısında olan zaman geyiminizə diqqət edin. Yəni, geyiminiz elə olmalıdır ki, qarşı tərəfi təhrik etməsin.

8. Kamil hicaba riayət etmək.

Kişi və qadın əgər kamil hicaba riayət edərsə, fəsadın sayı azalar və insan daha az günaha düçar olar.

Allah Təala buyurur: “Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün).

Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir”. (“Əhzab” 59).

9. Bəzənməkdən əl çəkmək.

Bir qadın əgər bəzənər və kosmetikadan istifadə edərsə, qarşı tərəfin diqqətini daha çox cəlb edər.

10. Naməhrəmə toxunmaq qadağandır.

Naməhrəmə toxunmaq qadağandır və nümunə üçün bir neçə hədisə müraciət edək: “O kəs ki, naməhrəm qadına əl verər, Qiyamət günü zəncirlə gətirilər və əmr edilər ki, cəhənnəmə atılsın”.

Əgər müsəlmanıqsa və dindar və təqvalı olmağa çalışırıqsa, gərək bu məsələlərə xüsusi diqqət edək və kəbirə günahlardan uzaq olaq.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930