İnsanı ələ salmağın, məsxərə etməyin ağır cəzası vardır
Mьəllif: admin1
Tarix: 25-01-2018, 22:25
İnsanı ələ salmağın, məsxərə etməyin ağır cəzası vardır
Başqalarını istehza və məsxərə etmək – ən böyük əxlaqi rəzilliklərdəndir. Təəssüf ki, bir çoxumuz bəzən biz bu məsələyə çox sadə yanaşırıq.

Əslində bu rəzil sifət bir çox günahlar üçün açardır. Münaqişə yaratmaq, insanları alçatmaq, abırlarını aparmaq kimi gərgin vəziyyətlərin yaranmasına zəminə hazırlayar.

Allah Təala Quranda möminlərə xitab edərək buyurur: “Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdənsizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə, Allahdan qorxun. (İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu, ona görədir ki, onlar düşünməyən bir tayfadırlar”.(“Maidə” 57-58).

İmam Səccad (ə) buyurur: “O günahlar ki, əzabın nazil olmasına səbəb olar, ibarətdirlər: agahlıq üzündən zülm edən şəxs, insanların haqqına təcavüz etmək, insanları ələ salmaq və məsxərə etmək”.

Mömini məsxərə etmək ən böyük günahlardandır. Belə ki, İmam Sadiq (ə) buyurur: “Möminin ehtiram və şəxsiyyəti Kəbənin hörmətindən daha böyükdür”.

Qurani-Kərim məsxərə haqqında buyurur: “Lakin siz onları ələ saldınız və nəhayət (bu halınız) sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara (möminlərə) gülürdünüz”. (“Muminun” 110).

Bu ayədə buyurulur ki, möminləri məsxərə etməyiniz, onların etiqad və rəftarlarını rişxənd etməyiniz sizə Allahı unutdurmuşdur. Hər kim Allahı unudar, Allah da onu unudar və əzaba düçar edər.

Ona görə də məsxərə və başqalarının naqis sifətlərini ələ salmaq kimi rəzil sifətlərdən uzaq olun ki, sizə həm dünyada və həm də axirətdə ziyanlar gətirəcəkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930