Çətinliklərə qalib gəlmək üçün Allahın 3 göstərişi
Mьəllif: admin1
Tarix: 25-01-2018, 22:21
Çətinliklərə qalib gəlmək üçün Allahın 3 göstərişi
Allah Təala Quranda buyurur: “Buna görə də səbшr et ki, Allahın (sənin qalib gələcəyin və dininin yayılacağı barəsindəki) vədi mütləq haqdır. Günahının bağışlanmasını dilə və Rəbbini vəsf etməklə yanaşı, Onu səhər-axşam pak sifətlərlə mədh et!”. (“Ğafir” 55).

Bu mübarək ayədə Allah Təala biz insanlara çətinlikdən çıxmaq üçün 3 mühüm göstəriş verilmişdir. O cümlədən:

1. Çətinliklərə səbir etmək.

2. Günahların bağışlanmasını diləmək.

3. Allahı səhər-axşam pak sifətləri ilə mədh etmək.

Bütün İlahi peyğəmbərlərin (ə) və möminlərin qələbə çalmasındakı əsil silah – səbir olmuşdur. İnsan səbirli olmazsa, heç bir çətinliyə qalib gələ bilməz.

Həzrət Peyğəmbər (s) buyurur: “Səbirli insanın üç nişanəsi vardır:

1. Süstlük etməz;

2. Qəmgin və pərişan olmaz;

3. Allahından şikayət etməz.

Çünki əgər süstlük edərsə, haqqı zay edər.

Əgər qəmgin olarsa, şükür etməz.

Əgər Allaha şikayət edərsə, günah etmiş olar”.

Allahın ikinci göstərişi – istiğfar və tövbədir ki, insana rəhmət qapılarını açar və nemətlərin nazil olmasına səbəb olar. Günah həm duaların, həm də nemətlərin qarşısını alan maneədir. Əgər aradan qalxarsa, bütün çətinliklər həll olar və Allah bəndəsinin duasını eşidər.

İmam Əli (ə) buyurur: “Mömin – Allaha tərəf qayıdan, bağışlanma istəyən və tövbə edəndir. Münafiq – fırıldaqçı, ziyangətirəndir”.

Allahın tövsiyə etdiyi üçüncü yol – Allahı hər səhər və hər axşam təsbih və həmd etməkdir. Allahı yada salmaq və onu mədh etmək bəndənin ruhunda olan çirkinlikləri aradan aparar və qəlbini nurani edər. Belə bir bəndə özünü İlahi sifətlərlə yada salaraq ətirləndirər.

İnsan Xaliqi mədh etdikcə, bunun nuru insan qəlbinə düşər. Onu eyiblərdən pak edər və kamal sifətləri ilə bəzəyər.

Beləliklə deyə bilərik ki, Allah Təabrəkə və Təala bizə çətinlikdən xilas olmağın üç qızıl açarını tanıtmışdır ki, hər kim onlardan istifadə etsə, böyük bəhrə apara biləcəkdir.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930