İŞİD-in lideri Əl-Bağdadi Afrikaya qaçdı
Mьəllif: admin1
Tarix: 25-01-2018, 14:43
İŞİD-in lideri Əl-Bağdadi Afrikaya qaçdı
Böyük Britaniyanın "The Suyun" qəzeti təkfirçi vəhhabi İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadinin Afrikaya qaçdığını yazıb.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, qəzet iraqlı bir mütəxəssisin İŞİD-in qurucularının hamısının öldüyünü, təşkilatın lideri Əbubəkr Əl-Bağdadinin də gizləndiyini söylədiyini açıqlayıb.

Əl-Bağdadinin İraqdan qaçıb Afrikada gizləndiyini iddia edən iraqlı mütəxəssis, Əl-Bağdadinin təşkilatını yenidən gücləndirmək istədiyini bildirib.

Misirli bir ekspert isə, qəzetə belə deyib: "İŞİD üzvlərinin İraq ilə Suriyadan qaçmasından sonra, Əl-Bağdadi də böyük ehtimalla Afrikaya qaçıb".

Digər tərəfdən, Camiatül İslamiyyənin keçmiş lideri Nacih İbrahim isə, Əl-Bağdadinin Çadın şimalında və ya Əlcəzair ilə Nigeriya arasındakı qanunsuz sərhəd bölgəsi kimi bir yerdə ola biləcəyini söyləyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930