Həzrət Zeynəbin (s.ə) ən bariz xüsusiyyətləri
Mьəllif: admin1
Tarix: 29-11-2022, 11:04
Həzrət Zeynəbin (s.ə) ən bariz xüsusiyyətləri
Əgər Həzrət Zeynəbin (s.ə) mübarək şəxsiyyətini elmi, siyasi, fərdi və ictimai bucaqdan tədqiq etsək, görərik ki, o, Məsumlar (ə) kimi kamil bir insan olmuşdur.

Həyatının ən ağır zamanında doğru yolu tapmış və insanlara məharətlə rəhbərlik etmişdir.

Xanımın (s.ə) üstün sifətləri çoxdur. Onlardan ən bariz olanlara işarə edəcəyik.

Səbir və bəsirət.

Həzrət Zeynəb (s.ə) elə ailədə böyümüş və tərbiyə almışdı ki, bütün İslam cəmiyyəti üçün örnək olan bir ailə idi. Daha doğrusu, İslamın ən kamil insanlarının yaşadığı bir ev idi.

Ona görə də bu ailədə aldığı tərbiyə Xanımın (s.ə) səbir və bəsirətini gücləndirmiş və ona həyatının ən ağır zamanlarında yardıma gəlmişdi.

Xanım (s.ə) həyata Məsumların (ə) baxış və əqidəsi ilə baxmış və hər bir müsibətdə olan gözəllikləri görmək bəsirətinə malik olmuşdur.

Bu, adi insanların görə bilmədiyi həqiqətlərdir ki, Həzrət Zeynəb (s.ə) öz nəfsi üzərində işləyərək, Məsumların (ə) məqamına qalxa bilmişdi.

Bir daha göstərmişdi ki, insan Məsum olmasa da, əgər istəsə və səy göstərsə, bu uca məqamı əldə etmək qabiliyyətinə malik ola bilər.

Alimeyi-qeyri-müəllimə.

“Alimeyi-qeyri-müəllimə” - bu ləqəb Xanımın (s.ə) məşhur ləqəblərindən olmuşdur. Bu ləqəbi Xanıma (s.ə) əbəs yerə verməmişdilər. Belə ki, Xanımın (s.ə) xüsusi müəllimi olmamışdır.

Nə öyrənmişdisə - babasından, atasından, anasından, qardaşlarından öyrənmişdi. Onların buyurduğu hər bir söz Xanım (s.ə) üçün hüccət olmuşdur. Xanım (s.ə) çox yüksək elmi bilgilərə, çox üstün mərifət və agahlığa malik idi.

Həyatının sonuna qədər də belə davam etmişdir.

Vilayətə itaəti.

Vilayəti qəbul edib, ona itaət etmək – Xanımın (s.ə) başqa bariz sifətlərindən idi. Qanlı Aşura hadisəsi bizlərə Həzrət Zeynəbin (s.ə) gizli qalan mübarək xüsusiyyətlərini tanıtdı və bütün müsəlman kişi və qadınlar üçün nümunə və örnək oldu.

Xanım (s.ə) ən ağır şəraitdə belə, ibadətindən qalmadı və qardaşının buyurduqlarını son nəfəsinə qədər yerinə yetirib, ona itaət etdi.

Əgər Həzrət Zeynəbin (s.ə) Aşura hadisəsindən sonrakı səyləri olmasaydı, bu gün heç birimizin o ağır hadisədən xəbərimiz olmazdı.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930