Allah yanında mükafatı gizli olan əməl
Mьəllif: admin1
Tarix: 22-01-2018, 21:53
Allah yanında mükafatı gizli olan əməl
Qurani Kərimin xeyir əməllər müqabilində müxtəlif cür vədlərinin şahidi oluruq. Bəzən hər bir zərrə müqabilində əvəz, bəzən 10 qat artıqı, bəzən isə xeyirli bir işin 700 qat əvəzi olacağını oxuyuruq. Bu Allahın bəndələrinə rəhmətinin işarəsidir.

Qurani Kərimdə Səcdə surəsində 17- ci ayəsində isə tam fərqli bir ifadə ilə rastlaşırıq:

“Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”

Digər ayələrdən fərqli olaraq bu ayədə Allah Təala buyurur ki, hətta möminlər etdikləri əməl qarşılığında onları nələr gözlədiyini belə bilmirlər (xəyal etməzlər). Bir nəfər İmam Sadiqdən (ə) soruşur:

Hansı əməldir ki, onun mükafatını Allahdan başqa heç kim bilməz?

İmam (ə) buyurdu: “Quranda hər yaxşılığın qarşılığı bəyan edilmişdir. Yalnız gəcə namazından başqa. Bu gecə namazıdır ki, onun əvəzini Allahdan başqası bilməz.” Sonra İmam (ə) bu ayəni tilavət etdi:

“Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”

(Məcməul-bəyan. Ayənin təfsiri)




Yaşar Nuriyev
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031