İSLAM CƏMİYYƏTİNDƏ QURAN VƏ SÜNNƏNİN YERİ
Mьəllif: admin1
Tarix: 22-01-2018, 10:24
İSLAM CƏMİYYƏTİNDƏ QURAN VƏ SÜNNƏNİN YERİ
İslam cəmiyyətində Quran və sünnənin uca məqamı və geniş yeri var. Bu məqam təkcə Quran və sünnənin zahiri müqəddəsliyinə əsaslanmır. Onları uca məqama qaldıran ali məfhumlarının əməli tətbiqi, islami məsələlərdə Quran və sünnənin aparıcılığıdır.
Başqa sözlə, Quran və sünnə əvvəla bütün ictimai-siyasi, iqtisadi məsələlərin qaynağı sayılır. İkincisi, ixtilaf və parçalanma zamanı Quran və sünnə haqqın batildən seçilmə meyarı olur. Həzrət buyurur:

وَارْدُدْ إِلَى الله وَرَسُولِهِ مَا يُضْلِعُكَ مِنَ الْخُطُوبِ، وَيَشْتَبِهُ عَلَيْكَ مِنَ الاُْمُورِ، فَقَدْ قَالَ اللهُ سبحانه لِقَوْم أَحَبَّ إِرْشَادَهُمْ: (يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الاَْمْرِ مِنْكُمْ فَإنْ تَنَازَعْتُمْ فِي شَيْء فَرُدُّوهُ إِلَى اللهِ وَالرَّسُولِ)، فَالرَّدُّ إِلَى اللهِ: الاَْخْذُ بِمُحْكَمِ كِتَابِهِ، وَالرَّدُّ إِلَى الرَّسُولِ: الاَْخْذُ بِسُنَّتِهِ الْجَامِعةِ غَيْرِ الْمُفَرِّقَةِ

“Qarşına müsibət çıxdıqda, bir iş sənə çətin gəldikdə Allah və Onun rəsuluna müraciət et! Çünki Allah rəhbərini sevən qövmə buyurmuşdur:

“Ey möminlər Allaha, Onun rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin. Aranızda ixtilafa səbəb olan məsələni Allah və Onun rəsulunun ixtiyarına verin.”

Allahın öhdəsinə buraxmaq dedikdə Allah kitabının möhkəm ayələrinə əməl etmək, rəsulun ixtiyarına buraxmaq dedikdə peyğəmbərin qəti və yekdil qəbul olunan sünnəsinə əməl nəzərdə tutulur.”
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031