Ölən insana nə qədər hədad saxlamaq məsləhətdir?
Mьəllif: admin1
Tarix: 17-01-2018, 10:13
Ölən insana nə qədər hədad saxlamaq məsləhətdir?
Ölən insanın yaxınları neçə gün qara geyinməlidir? Hədislərimizə nəzər salan zaman görmək olur ki, meyitin xanımından başqa qalan yaxınlarının üç gündən çox qara geyinmələri məsləhət deyil. Bu haqda İmam Sadiq (ə) buyurur: “Gərək heç kəs üç gündən çox ölü üçün hədad (zinət tərk edib qara geyinmək) saxlamasın, məgər meyitin arvadı ki, müddətin bitməsinə qədər hədad saxlasın, zinətlənməkdən çəkinsin”.

Qara paltar – yas saxlamağın nişanəsidir. Lakin əgər insan üç gündən çox qara geyinər və zinətdən çəkinərsə günah etməz, sadəcə kərahəti vardır. Onun geyindiyi bu qara paltarın meyitə heç bir təsiri olmaz. Çünki Quran buyurur: “Heç kəs (xeyir ya şər əməli) özündən başqası üçün qazanmır və heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür”. (“Ənam” 164).

Yas gələn insanın qara geyinməsi yas sahibinə təskinlik verər. Belə ki, yas sahibi hiss edər ki, onun qəminə şərik olanlar vardır.

Elmi cəhətdən qara rəng insan ruhuna mənfi təsirlər qoymaz. Müsibətlərdə ağrı və acını azaldar. Elm onu tamamilə pisləmir və tənqid etmir. Bəs dinimiz qara rəngə necə baxır?

İslamın qara rəngə ilk baxışı mənfidir. Onu gündəlik həyatda geyim rəngi kimi bəyənmir. Hətta onu şeytanın və Fironun, zülmün əlaməti kimi tanıdır. Ona görə buyurulur: “Qara paltar geyinməyin ki, Fironun paltarıdır”.

İslamın ilk seçdiyi rəng - ağ rəngdir. İmam Baqir (ə) buyurur: “Ağ paltar kimi üstün paltar yoxdur”.

Ağ rəngdən sonra sarı, yaşıl rənglər dinimiz tərəfindən tövsiyə olunur. Dinimizin nəzərinə görə ağ rəng - həyat, hərəkət rəngidir.

Həzrət Peyğəmbər (s) buyurur: “Ağ paltar geyinin, çünki o, ən üstün paltardır. Ölülərinizi ağ paltarda kəfənləyin”.

Başqa yerdə Rəsuli-Əkrəm (s) buyurur: “Namazda və qəbirdə Allahla görüşməyin ən üstün paltarı – ağ paltardır”.

Namazda qara paltar geyinmək məkruhdur. Ancaq əzalarda istisna olur və əzadarlıqlarda ondan istifadə etmək məsləhət görülür.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930