Duaları yerinə yetən insan olmaq üçün nə edək?
Mьəllif: admin1
Tarix: 16-01-2018, 15:42
Duaları yerinə yetən insan olmaq üçün nə edək?
Hər bir insan istəyir ki, Allaha etdiyi duaları yerinə yetsin. Ətrafımızda bəzən elə insanlara rast gəlirik ki, müstəcabəl-dəvadırlar. Yəni, bu insanlar hər nə dua etsələr, qəbul olunur. Lakin qeyd etmək lazımdır ki, bu məqama çatmağın xüsusi yolu və ya təlimi yoxdur. Bu insanlar xüsusi mənəvi dərəcəyə malik olduqları üçün Allahın qürbünə yaxındırlar. Bu insanların mənəvi bərəkətləri vardır ki, onlardan biri də dualarının yerinə yetməsidir.

Lakin İslam dini hər bir müsəlman üçün həmişə doğru yolu göstərmiş və şəraitləri ilə tanış etmişdir ki, nə etsə və necə olsa duaları yerinə yetə bilər. Həmçinin duaların yerinə yetdiyi zaman və məkanları da ona tanıtmışdır.

Hədislərimiz buyurur ki, əgər duanın yerinə yetməsini istəyirsənsə, gərək onun həyata keçəcəyinə dair ürəyində yəqinliyin olsun, qəlb hüzuru ilə və qəflətdən uzaq olaraq dua edəsən. Allah dərgahında ağlayıb sızlayasan və duanı dəfələrlə istəyəsən.

Duaların ən çox yerinə yetdiyi zamanlar: yağış yağan zaman, zöhr namazı vaxtı, məğrib namazından sonra, Quran oxuyan zaman, azan oxunan zaman, səhər çağı, nikah oxunan zaman. Duanın əvvəlində və sonunda salavat göndərmək duanın qəbul olmasına təsir qoyar. Tövbə, istiğfar, halal tikə duanın yerinə yetməsində təsir qoyar.

Bəs kimlərin duası daha çox qəbul olar?

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Dörd nəfərin duası rədd olmaz və səmanın qapıları onların duasına açıqdır: atanın övladı üçün etdiyi dua, məzlumun zalım üçün etdiyi dua, ümrə üçün Məkkəyə gedən insanın duası, oruc tutan insanın duası”.

İmam Sadiq (ə) buyurur: “Üç insanın duası yerinə yetər: Məkkəyə gedən hacının, cihad cəbhəsində olan döyüşçünün və xəstə insanın”.

Beləliklə deyə bilərik ki, Kərim Allah ona uzanan dua əllərini geri çevirməz və heç bir bəndə Allahın rəhmətindən ümidsiz olmamalıdır. Hər nə qədər Allaha itaəti çox olarsa, Allah yanında xüsusi məqama malik olar və duaların yerinə yetməsi halı ona da şamil olar.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031