İşimizin sərlövhəsi olmalı 3 məsləhət
Mьəllif: admin1
Tarix: 15-01-2018, 09:53
İşimizin sərlövhəsi olmalı 3 məsləhət
Ayətullah Kuhestani fiqh və üsul elmində nəzər sahibi olan görkəmli alimlərdən olmuşdur. Onun dinlə bağlı bilikləri çox dərin idi. Alim, ürfan elmində arif və bəsirət əhli idi. Nəcəfin böyük alimlər icması ona icdihad etmək üçün icazə vermişdilər. Alimlərdən biri deyir: “Ayətullah Seyyid Mahmud Şahrəvərdidən bu alimin məqamı haqqında soruşanda, mənə belə cavab verdi: “O zaman ki, Ayətullah Kuhestani vətəninə dönmək istəyirdi, istiftat məclisində olan Ayətullah Naini bu alimin icdihad edə biləcəyi ilə bağlı sual vermişdi. Hamı bir səslə onun icdihad əhli olduğuna şəhadət vermişdi””.

Şagirdlərindən biri onunla bağlı xatirələrində demişdi: “Ayətullah Kuhesataninin ömrünün son günləri idi. Mən alimin ziyarətinə gəlmişdim. Lakin həkimlər onunla görüşü qadağan etmişdilər. Ancaq mən övladlarının yardımı ilə alimi ziyarət edə bilmişdim. Elə o halda belə, dili zikr deyir və Məhbubunu anmaqdan dayanmırdı. Bəzən də Quran ayələri oxuyurdu. Sonra da nalə çəkir və möhkəm səslə ağlayırdı. Bu halda ondan mənə nəsihət verməsini istədim. Buyurdu: “Üç şeyi işinin sərlövhəsi qərar ver:

1. Quranla birlikdə olun, ondan ayrılmayın.

2. Gecə namazını tərk etməyin.

3. Namazı əvvəl vaxtında qılın”.

Bu böyük alim sonra buyurdu: “Şeytandan (lən) ehtiyatlı olun ki, hər bir insanı aldatmaq üçün hazırdır. İndi ömrümü başa vururam və dünyada qalmaq üçün vaxtım qalmamışdır. Bütün azuqəmi toplamışam. Sadəcə karvanı gözləyirəm ki, axirət karvanına qoşulum. Bu halda şeytan məni vəsvəsə etmək istəyir”. Alim yenə yüksək səslə nalə çəkdi. Mən alimin əlini öpdüm və oradan ayrıldım. Bir neçə gün sonra Məşhədin elmi hövzəsi matəmə batdı və alimin cənazəsini torpağa tapşırdılar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031