Özünü başqalarının yerinə qoymağa çalış!
Mьəllif: admin1
Tarix: 14-01-2018, 10:34
Özünü başqalarının yerinə qoymağa çalış!
Bir nəfər metroya daxil olur və tez özünə yer tapmağa çalışır ki, əyləşsin. Başqaları onun bu halını müşahidə edən zaman belə düşünür ki, necə də mədəniyyətsiz şəxsdir. Başqalarının ayaq üstə olduğunu gördüyü halda, özünə əyləşməyə yer axtarır.

Həyatımız boyu elə hadisələrlə və şəxslərlə rastlaşırıq ki, onlara eyb eynəyi ilə baxırıq. Halbuki, bir qədər düşünsək və özümüzü onun yerinə qoymağa çalışsaq, əslində onunla həmrəy olmuş olarıq.

Həmrəylik elə bir məharətdir ki, daima psixoloqların diqqət mərkəzində olmuşdur. Həmrəy olmaq – yəni başqalarının hiss və həyəcanlarını başa düşməkdir. Başqa sözlə desək, özümüzü həmin şəxsin yerinə qoymaq məharətidir.

Hər kim bu məharəti əldə edər, cəmiyyətdə daha müvəffəq rabitələr qurmağı bacarar. Ona görə də başqaları tərəfindən sevilir və məhbub olur.

İndi həmin şəxsə eyb eynəyi olmadan baxaq. Bütün gecə iş yerində çalışıbdır və çox yorulubdur. Ayaq üstə dayanmağa taqəti yoxdur. Ona görə də əyləşmək üçün yer axtarır ki, rahat gedə bilsin. Əgər bunları düşünsək, həmin şəxsi yenə də mədəniyyətsiz hesab edərikmi?

“İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. (“Huməzə” 1).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930