Allah sınmış qəlblərə görə güzəşt etməz... – böyük əxlaq alimlərinin nəsihətləri
Mьəllif: admin1
Tarix: 12-01-2018, 13:37
Allah sınmış qəlblərə görə güzəşt etməz... – böyük əxlaq alimlərinin nəsihətləri
Ayətullah Behcət buyurur: “Dəfələrlə demişəm və yenə də deyirəm: Hər kim Allahı yada salar, Allah onun yoldaşı olar. Heç bir xətibə ehtiyac duymaz. Bilər ki, nə etməlidir və nə etməməlidir. Bilər ki, bildiklərinə əməl etməlidir, bilmədiklərini öyrənməlidir”.

Seyyid Tavus oğluna buyurur: “Ey Muhəmməd! Diqqət etməli olduğun əsil məsələ budur ki, davamlı olaraq Allahın dərgahında qərar tutduğunu biləsən. O, sənin hər bir halından agahdır və səni daxilində qərar tutan hər bir şey – Onun tərəfindən edilən ehsandır”.

Əllamə Hillinin övladına nəsihəti: “Sənə nəsihət edirəm ki, İlahi təqvaya riayət edəsən, İlahi göstərişləri yerinə yetirəsən. Allahın bəyəndiyi işləri görəsən, bəyənmədiklərindən uzaq olasan.

Haramları tərk edəsən. Ömrünü kamal və fəzilətləri əldə etməyə sərf et və kamala çatdır. Həyatının bir hissəsini iman qardaşlarına yaxşılığa vəqf et. Pisliyə yaxşılıqla və yaxşılığa təşəkkürlə cavab ver. Alçaq və nadan insanlarla dost olmaqdan çəkin. Alimlərlə və fəzilət əhli ilə yoldaş ol. Bu günün sabahından yaxşı olsun.

Səbrə, təvəkkülə və rizaya riayət et. İşlərini hər gün mühasibə et. Allahdan çoxlu əfv istə və məzlumun nifrinindən uzaq ol. Xüsusilə də yetim uşaqların və dul qadınların. Çünki Allah sınmış qəlblərə görə güzəşt etməz.

Gecə namazı qıl ki, Həzrət Peyğəmbər (s) onu qılmağa təşviq etmişdir.

Qohumlara yaxşılıq et ki, sileyi-rəhm ömrü uzadar.

Gözəl əxlaqa malik ol.

Alimləri və fəqihləri böyük tut, çünki onların üzünə baxmaq və onlarla yoldaş olmaq ibadətdir”.

İmam Baqir (ə) buyurur: “Mal və övlad – dünya həyatının zinətidir. 8 rükət gecə nafiləsi və vitr namazı – axirətin zinətidir. Həqiqətən Allah bu iki zinəti bəziləri üçün cəm etmişdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031