O nemətin ki, şükrü yerinə yetirilməz - pis iş kimidir ki, bağışlanmış olmaz
Mьəllif: admin1
Tarix: 11-01-2018, 20:58
O nemətin ki, şükrü yerinə yetirilməz - pis iş kimidir ki, bağışlanmış olmaz
Biz insanlar İlahi nemətləri çox sevirik. Hər nə qədər bizə bu nemətlərdən çatarsa, yenə də arzu edirik ki, çox olsun. Bəzən Allah bəndələrini imtahana çəkmək üçün ona çoxlu nemət nazil edir.

İmam Hüseyn (ə) buyurur: “Allahın bəndəsi üçün süqut pillələri odur ki, nemətləri ona çox verər, ancaq qoymaz ki, şükrünü yerinə yetirsin”.

Allahın nəzərində bu dünya - insanın inkişaf edəcəyi yerdir. Ona görə də Allahın bəndəsinə verdiyi nemətlər və dünya çətinlikləri – hər ikisi imtahan vasitəsidir. Allah bizdən istəmişdir ki, Ondan elm, ruzi, sağlamlıq və sair istəyək. Ancaq əslində Allahdır ki, bizə nemət verir.

Nemətə şükür etmək isə bəndənin vəzifəsidir. Bunun müqəddimələrini isə Allah icazə verər. Bizim vəzifəmiz şükür etməkdir, ancaq unutmayaq ki, şükür edən olmaq – özü bir nemətdir. Allah istəməyənə qədər biz Onun şükrünü dilimizə gətirə bilmərik. Başqa sözlə desək, həqiqi Şakir Allahdır. O zaman ki, Allah şükür edər, bizdə şükürə meyl yaranar. Nə zaman şükür etsək, nemətimizi artırar. İmam Sadiqin (ə) buyurduğu kimi: “O kəsə ki, şükür verər, nemətinin çoxalmasından onu məhrum etməz”.

İmam Hüseyn (ə) buyurur ki, Allah bəzən nemətləri vasitəsilə insana xəbər verməyə çalışar ki, qəflətdədir. Lakin bu insan nemətlərin artması ilə daha çox qəflətə düşər.

Quran buyurur ki, zahirə aldanmayın və o kəslər ki, nemət onlara çox nazil olmuşdur, o demək deyildir ki, Allaha hamıdan daha yaxındırlar. İmam (ə) da nurani kəlamında məhz bu mövzuya işarə edərək buyurmuşdu ki, nemətin çoxluğu həmin insanların həlak olmasına gətirib çıxardar.

Zahirdə nemətin çox olması xoşagələndir. Ancaq batində insan üçün böyük xəbərdarlıqdır. Ona görə də aqil insanlara nemət çatan zaman qorxar və düşünərlər. Bir nəfər İmam Sadiqə (ə) deyir: “Allah Təaladan mal istəmişdim, mənə verdi. Övlad istəmişdim, mənə verdi. Ev istəmişdim, mənə verdi. Qorxuram ki, bunlar istidracın təsirindən olsun”. İmam (ə) buyurur: “Bil ki, Allaha and olsun ki, əgər bunlar Allahın həmdi ilə bir yerdə olarsa, istidrac deyildir”.

Şükür etməyin faydalarından elə o kifayətdir ki, Allah Şakirdir və şükür etməyə dəyər verir. İmam Baqir (ə) buyurur: “O nemətin ki, şükrü yerinə yetirilməz - pis iş kimidir ki, bağışlanmış olmaz”.

İnsan hər bir nemətə ona uyğun şükür etməyi bacarmalıdır. Gözün şükrünü - naməhrəmə baxmamaqla, qulağın şükrünü - qeybət, töhmət eşitməməklə, əlin şükrünü - harama əl uzatmamaqla və s. yerinə yetirməyi bacarmalıdır. Əgər Allahın nemətini Allah bəyənən işlərdə istifadə etsək, onun şükrünü yerinə yetirmiş olarıq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930