Quran və Əhli-Beyt (ə) – quşun 2 qanadı kimidir. Biri olmadan, o birisi kifayət etməz
Mьəllif: admin1
Tarix: 3-01-2022, 20:20
Quran və Əhli-Beyt (ə) – quşun 2 qanadı kimidir. Biri olmadan, o birisi kifayət etməz
Qurani-Kərim hidayət kitabı olaraq, bizləri əbədi səadətə çatdırır. Quran və itrət bir-birindən ayrılmazdılar. Biri olmadan, o birisi insan səadətinə kifayət etməz.

“Və (yadınıza salın) o zaman(ı) ki, dənizi sizin üçün yardıq, beləliklə, sizə nicat verdik və siz baxa-baxa fironçuları (suda) batıraraq boğduq”. (“Bəqərə” 50).

Həzrət Musa (ə) dua edir və dəniz yarılır. Nəql edilir ki, Hüneyn döyüşündə İslam ordusu İlahi yardım sayəsində qələbə çalır və Həzrət Peyğəmbər (s) əllərini səmaya qaldırıb bu duanı edir:

“اللّهمّ، لك الحمد و إلیك المشتكى و أنت المستعان»

Cəbrayil (ə) nazil olur və deyir: “Ya Rəsulallah! Allahı o kəlmələrlə çağırdın ki, Allah Musa (ə) üçün dənizi yaranda və Fironun əlindən nicat verəndə, Musa (ə) Allahı bu kəlmələrlə çağırmışdı”.

Hədislərimizdə Allahın bu adı ən böyük ad kimi tanıdılmışdır.

Başqa bir hədisdə Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) mənə deyib: “İstəyirsinizmi sizə o kəlmələri öyrədim ki, Musa (ə) dəniz yarılan zaman demişdi?”. Buyurdum: “Bəli”. Dedi: “Onda de:

«اللَّهُمَّ لَكَ الْحَمْدُ وَ إِلَیْكَ الْمُشْتَكَى وَ بِكَ الْمُسْتَغَاثُ وَ أَنْتَ الْمُسْتَعَانُ وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِیِّ الْعَظِیم‏»”.

İmam Baqir (ə) buyurur: “Behiştdən üç daş nazil olmuşdur və onlar ibarətdir: İbrahim məqamı, Bəni-İsrayil daşı, Həcərul-əsvəd ki, Allah onu İbrahimə (ə) tapşırmışdı. Kağızdan da ağ idi, Bəni-Adəmin səhvlərinə görə qaralıb”.

“Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu və Allahın qəzəbinə layiq oldular. Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər. Bu (küfr və peyğəmbərlərin öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar”. (“Bəqərə” 61).

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurmuşdu: “Allaha and olsun ki, onları öz əlləri ilə öldürmədilər, qılıncları ilə vurmadılar, bəlkə onların sözlərini eşitdilər və onları (düşmənləri yanında) ifşa etdilər və nəticədə də peyğəmbərlər həbs olunub, ölüdürüldülər”.

Başqa ayədə oxuyuruq: “Və (yadınıza salın) o zaman(ı) ki, İsrail övladlarından «heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş dillə danışın, namaz qılın və zəkat verin» (deyə) əhd-peyman aldıq. Sonra az bir qisminizdən başqa, hamınız üz döndərdiniz. Siz (zatən) dönüksünüz”. (“Bəqərə” 83).

İmam Baqir (ə) bu ayə haqqında buyurur: “Sizin haqqınızda deyilməsini istədiyiniz ən xoş sözləri insanlara deyin”.

İmam Sadiq (ə) bu ayədə gələn “xoş danışmağı” nəsihətin bir növü kimi tanıtmışdır və onda davamlı olmağı tövsiyə etmişdir. Bu ayənin kənarında buyurmuşdur ki, nəsihəti tərk etməyin.

“Təfsirul-mizan” bu kəlmənin insanlarla xoş rəftar etməyə aid olan bir işarə kimi tanıtmışdır. Başqalarının səninlə yaxşı rəftar etməsini istəyirsənsə, sən də onlarla o cür rəftar et.

Beləliklə deyə bilərik ki, “Səqəleyn” hədisinə görə Peyğəmbərin (s) biz müsəlmanlara qoyub getdiyi iki yadigar vardır. Bu, Quran və Əhli-Beytdir (ə).

Biri olmadan, o birisi kifayət etməz. Quşun iki qanadına bənzəyir ki, biri olmadan quş uça bilməz.

İnsanın saədətə çatması üçün də Quranla yanaşı, itrətin də buyurduqlarına diqqət etmək lazımdır. Ancaq bu zaman insan əbədi səadətə çata bilər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930