İmam Musa Kazımın (ə) şükür etmək məktəbi
Mьəllif: admin1
Tarix: 8-01-2022, 21:26
İmam Musa Kazımın (ə) şükür etmək məktəbi
İmam Kazım (ə) təbərrük ömrü boyu zindanlara düşmüş, ailəsindən uzaq olmuş, işgəncələrə məruz qalmış, amma buna baxmayaraq, bütün bunlara görə həmişə Allaha şükür etmişdir.

Əziz İmam (ə) bu qaranlıq zindana düşməsinə baxmayaraq, uzun illər ailəsindən, yaxınlarından uzaq olmasına baxmayaraq, bir özü olmuşdur bir də Allahı. İlahi rəhmət məqamı bütün varlığını əhatə etmişdir.

Əhli-təsənnün alimlərindən olan İbni Zəbbah Maliki nəql edir: “Həzrətin (ə) vəziyyətindən xəbər vermək üçün məmur edilmiş casuslardan biri belə xəbər verir: “Mən eşitdim ki, o Allahla münacat edir və deyirdi:

“Allahım, Sən bilirsən ki, mənim istəklərimdəm biri budur ki, bütün qəlb və vücudum Sənin ibadətində qərar tutsun. İndi ki, zindana daxil olmuşam, həmin istədiyim şeydir. Ona görə də mən Sənə təşəkkür edirəm ki, mənim duamı yerinə yetirmisən”””.

Nəql edilir ki, İmam Kazım (ə) axşamın əvvəlində Peyğəmbər (s) məscidinə daxil olur və səcdəyə gedərək, ərz edir: “Sənin dərgahındakı günahım çox böyükdür.

Elə bir iş gör ki, Sənin əfvin onu əhatə etsin. Ey, o Allah ki, təqva və bağışlama əhlisən!”. Bu zikri o qədər deyir ki, artıq sübh azanı gəlib çatır.

Əgər bu zikri bir il dayanmadan desəydi, yenə də yorulmazdı. Çünki elə bir ərşdə qərar tuturdu ki, mələklər belə ora daxil ola bilmirdilər.

Bəli, dünya məhz bu cür təbərrük və dahi şəxsiyyətlər üçün xəlq edilmişdir...



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031