İmam Zaman (ə.f) bizim dualarımıza “amin!” deyər!
Mьəllif: admin1
Tarix: 9-01-2023, 20:33
İmam Zaman (ə.f) bizim dualarımıza “amin!” deyər!
İmam Zaman (ə.f) biz Əhli-Beyt (ə) davamçılarının etdiyi hər bir xeyir duaya “amin!” deyər. Belə ki, Məsumlardan (ə) gələn hədislər bu həqiqəti təsdiq edirlər.

Əmirəl-möminin (ə) Rəmiləyə buyurur: “Ey Rəmilə! Elə bir mömin yoxdur ki, xəstə olsun, əgər onun xəstəliyi ilə (biz də) xəstə oalrıq. Mömin qəmgin olmaz, məgər onun qəminə görə (biz də) qəmgin olarıq. Dua etməz, məgər o halda onun üçün “amin!” deyərik. Sakit qalmaz, məgər onun üçün dua edərik”.

Əbu Rəbih Şami nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Əmr ibni İshaqdan mənə bir hədis gəlib çatmışdır”.
Həzrət (ə) buyurdu: “Onu bəyan et”.

Dedim: “O, Əmirəl-möminin (ə) xidmətinə gəlir və Həzrət (ə) onu üzü saralmış halda görür. Ona görə buyurur: “Bu saralıq nədir?”. (Yəni, səbəbi nədir?).
O da öz xəstəliyini Həzrət (ə) üçün bəyan edir.

İmam Əli (ə) ona buyurur: “Biz sizin sevincinizlə sevinərik. Sizin qəminizlə qəmgin olarıq. Sizin xəstəliyinizlə xəstə olarıq. Sizin üçün dua edərik və siz dua edən zaman biz “amin!” deyərik”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031