Dünyada 3 şeyi dərk etməliyik
Mьəllif: admin1
Tarix: 7-01-2023, 10:59
Dünyada 3 şeyi dərk etməliyik
Övliyaların nəsihətlərindən: “Ey insanlar! Bilin ki, dünya üç şeyə görə rəğbət edilməldir:

1. İzzət üçün,
2. Ehtiyacsızlıq üçün,
3. Rahatlıq üçün.

O kəs ki, qənaət edər, davamlı olaraq əziz olar.

O kəs ki, dünya məsələrinə qarşı rəğbət göstərməz və istəkləri, meyilləri olmaz – həmişə ehtiyacsız olar.

O kəs ki, dünyaya çatmaq üçün səylərini az edərsə, rahat olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bir şey vardır ki, hər kəs məndən qəbul edərsə, behişti onun üçün qəbul edərəm”.

Suban deyir: “Mən qəbul edirəm”.

Həzrət (s) buyurur: “Heç kəsdən heç nə istəmə. O şeyin ki, var – ona qane ol”.

O gündən sonra hətta nə zaman Subanın əlindən qamçısı da düşsə idi, özü əyilib onu götürərdi. Heç kəsdən xahiş etməzdi.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930