Hz.Saleh Peyğəmbərin (ə) və qövmünün başına gələnlər
Mьəllif: admin1
Tarix: 5-01-2018, 10:57
Hz.Saleh Peyğəmbərin (ə) və qövmünün başına gələnlər
Rəbius-sani ayının mühüm hadisələrindən biri də Saleh peyğəmbərin qövmü olan Səmud əhalisinin həlakətə uğramasıdır. Hz.Saleh peyğəmbər Quranda adı zıkr olunmuş peyğəmbərlərdəndir. O həzrətin adı Quranda 16 dəfə zikr olunub. Saleh peyğəmbər Nuh (ə) və Hud (ə) dan sonra tək başına öz bütpərəst qövmü ilə mübarizə aparmış peyğəmbərlərdəndir.

Tarixi mənbələrə əsasən Saleh (ə) Nuh peyğəmbərin oğlu Samın nəvələrindəndir. O Həzrət (ə) Allah Təala tərəfindən Səmud əhalisinin hidayət olası üçün göndərilmiş bir elçidir. Tarixi mənbələrə əsasən Səmud qövmü Şam və Hicaz arasında yaşayan, ərəb dilli bir qövm olub. O Həzrətin məzarı hazırda Nəcəful-əşrəfdə “Vadius-səlam” qəbristanlığında Hud (ə) peyğəmbərlə yanaşıdır.

Səmud qövmu inkişaf etmiş iqtisadiyyata və geniş imkanlara malik bir tayfa idi. Lakin bununla belə bütə pərəstiş edir, əyyaşlıq və fəsadla məşğul olurdular. Bu səbəbdən Allah Təala Salehi (ə) peyğəmbər olaraq seçmiş və onları islah etmək üçün göndərmişdi. Lakin bununla belə qövmü onu (ə) inkar etmiş, niyə bizim aramızdan məhz sən seçildin deyə istehza edirdilər. Həmçinin qövmü peyğəmbərdən (ə) möcüzə də istədilər. Bu səbəbdən Allah Təala möcüzə olaraq dəvə göndərdi. Bu dəvə Allahın iznli ilə bir daşın arasından çıxır və ata anası olmadan dünyaya gələn möcüzəvi varlıqlardan biri olur.

Bu dəvə Səmud qövmünün imtahanı olur. Lakin onlar bunu qəbul etmir və dəvəni öldürürlər. Beləcə ilahi əzabı qazanmış olurlar. Dəvşətli və uğultulu bir zəlzələ onları yer altına udur. Hətta onların yaşayış məntəqəsindən və özlərindən bir əlamət belə qalmır:

Lakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi. (Şəms- 14).

Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930