Ayətullah Behcətin nəzərində əzabı aradan qaldırmağın yolları
Mьəllif: admin1
Tarix: 20-05-2021, 00:01
Ayətullah Behcətin nəzərində əzabı aradan qaldırmağın yolları
Mərhum Ayətullah Behcət buyurur: “Allahın qeyb tərəfindən olan əzabları - mələklər, tövbə, Allaha münacat etmək və yalvarmaqla aradan qalxar”.

Əzab dedikdə işgəncə, cəza və şiddətli ağrıları hiss etməkdə nəzərdə tutulur. Allah Təala Quranda əqli və vəhyi təlimlərlə müxalif olanları əzabla cəzalandıracağını vəd etmişdir.

Ayətullah Behcət buyurur: “Bu giriftarlıqların aradan qalxması – faydalı mövzulardandır. Bu gün müsəlmanlar əgər bəlaların onlardanqalxması üçün səy göstərsələr, təzəkkür olarlar.

Belə ki, Quran buyurur: “Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir”. (“Ənfal” 33).

Həmçinin buyurur: “Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar?”. (“Ənam” 43).

Həmçinin buyurur: “O zaman ki, iman gətirdilər, rüsvay edən əzabı dünya həyatlarından götürdük və onları (müəyyən) zamana qədər bəhrələndirdik”.

Keçmiş ümmətdə Həzrət Peyğəmbərin (s) də xəbər verdiyi kimi, İlahi əzablar onlara nazil olmaqda idi. O yerə qədər ki, hamı Allahın əzabının nazil olacağını yəqin etmişdi.

Ona görə də ağlayaraq və tövbə edərək onun qarşısını ala bilmişdilər. Allahın qeyb tərəfindən olan əzablarını - mələklər, tövbə və münacat, yalvarma ilə aradan qaldırmaq olar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930