SABAHA ARXAYIN OLMA!
Mьəllif: admin1
Tarix: 3-01-2022, 20:15
SABAHA ARXAYIN OLMA!
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur:

یَا اباذر! هَلْ یَنْتَظِرُ أَحَدٌ إِلَّا غِنًی مُطْغِیاً، أَوْ فَقْراً مُنْسِیاً أَوْ مَرَضاً مُفْسِداً أَوْ هَرَماً مُفْنِداً أَوْ مَوْتاً مُجْهِزاً، أَوِ الدَّجَّالَ فَإِنَّهُ شَرُّ غَائِبٍ یُنْتَظَرُ، أَوِ السَّاعَةَ فَالسَّاعَةُ أَدْهی وَ أَمَرُّ،

“Ey Əbuzər! Məgər sizlərdən hər hansı biriniz sonu tüğyana aparıb çıxaran sərvət, Allahı yaddan çıxarmağa səbəb olan kasıbçılıq, insanın canını əldən salan xəstəlik, onu fəaliyyətdən saxlayan qocalıq, tələsik gəlib çatan ölüm, fitnələr törədəcək Dəccal, yaxud qorxulu və acı olan qiyamət gününün yetişməsindən başqa bir şeyin intizarındasınızmı?” (“Əl-əmali”, Şeyx Tusi, səh.527.)

Bu cümlələr ‒ “Hələlik vaxt çoxdur, sonra görərəm” kimi xam xəyallarla yaşayanlara xəbərdarlıqdır. Əgər insan ixtiyarında olan imkan və qüdrətdən vəzifələrini yerinə yetirmək üçün istifadə etmirsə, bu vəzifələri həyata keçirmək üçün daha hansı fürsətin əlinə düşməsini gözləyir? Hal-hazırda tənbəllik edir, işlərini sonraya saxlayır və ya bihudə işlərlə məşğul olur.

Allah eləməmiş, başı günaha qatışıbsa, bütün bunları düzəltmək və ya vəzifələrini yerinə yetirmək üçün daha hansı günü gözləyir? Məsələn, kasıb olanda deyir ki, inşallah problemlərim düzələr, əlimə yaxşı pul düşər varlanaram, onda vəzifələrimə də əməl edərəm.

Amma, bəlkə elə varlanmağın özü insana kasıbçılıqdan daha artıq dərd gətirsin və onu tüğyana vadar etsin. Çünki insan özünü ehtiyacsız görəndə üsyan edir, özündən çıxır. Necə ki, “Ələq” surəsinin 6-7-ci ayələrində buyurulur:

َلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَى. أَن رَّآهُ اسْتَغْنَى

“Doğurdan da, insan özünü ehtiyacsız (və dövlətli) gördüyü zaman Allaha üsyan edər.”

Deməli, varlanıb ehtiyacsız olanda da deyəcək: “Gözləyirəm pullarımı yerbəyer edim, başım bu işlərdən açılsın və kasıblığın dövranı gəlsin. Onda vəzifələrimə əməl edərəm.”

Elə xəyal edir ki, pulun əlindən çıxandan sonra problemləri də azalacaq və rahatlıqla təklifinə əməl edəcək? Haradan biləsən ki, kasıbçılığın da öz problemləri var, kasıbçılıq da insanın başını başqa cür qatır və əsas hədəfin yaddan çıxarılmasına səbəb olur. Kasıbçılıq insanı elə giriftar edir ki, insan mənəviyyatı da yaddan çıxarır.

Eləcə də, sağlam birisi düşünür ki, insan xəstə olanda daha çox Allahı yad edir. Əlbəttə, bu əsassız bir fikirdir. Bu o demək deyil ki, hər adam xəstələnəndə daha çox dua, zikr edir. Bəzən insan elə dərdə mübtəla olur ki, ibadət etməyə halı belə olmur.

Gənclik zamanında öz-özünə deyir: “Qoy gənclik dövrünü, onun çılğınlığını, qürurunu, əyləncələrini başa vurum, yaşlaşandan sonra ibadətə başlayaram.

Daha xəbəri yoxdur ki, qocalıq onun belini elə bükəcək ki, nə gücü qalacaq, nə yerindən tərpənməyə halı, nə də ibadət etməyə qüdrəti! Bəs nə vaxt vəzifələrini yerinə yetirəcək? Ölüm gəlib çatanda? Ya fitnələr törədən Dəccal gələndə?

Əlbəttə, “Dəccal” sözünün mənası, lüğətdə “qızıl suyu” mənasındadır və həmçinin həddindən artıq yalan danışan adama da “dəccal” deyirlər.

Qızıl suyu həqiqi qızıl olmadığı kimi, yəni əşyaların üstünə çəkildikdə onları zahirdə qızıla oxşatdığı kimi, yalançı insan da zahirdə cəzbedici və hiyləgər olur və başqalarını öz zahiri görkəmi ilə özünə cəlb edir.

Rəvayətlərdə”dəcca” şər və fitnə törədən adam kimi göstərilir. Hər halda, həzrət Peyğəmbərin (s) bu sözü işlətməkdə məqsədi, aşağıdakı iki mənadan biri olmalıdır:

1. Axır zamanda zühur edib fitnələr törədəcək Dəccal adlı bir şəxs;

2. Məqsəd konkret şəxs olmayıb, hər cür hoqqa və hiyləgərlik simvolu.

Zahirini zinətləndirib gözəl qiyafəyə bürünərək başqalarını bu yolla özünə cəzb edərək onları aldadan hər kəsə dəccal demək olar. Həmçinin batilə haqq don geyindirməklə xalqı yoldan çıxaran adamlar da dəccal adlandırılır.

Dəccal haqq və batili bir-birinə elə qarışdırar ki, onları seçib ayırmaq çox çətin olur. Nə qədər ki, haqq və batil bir-birinə qarışmayıb və haqq insan üçün aydındır, fürsəti qənimət bilməli və haqqa əməl etməlidir.

İnsanın haqq yoldan azması və hidayət yollarının üzünə bağlanması onundüşə biləcəyi ən pis vəziyyətdir. Bu vəziyyətə düşən insan üçün bundan da çətin və acı olanı isə, qiyamətin gəlib çatmasıdır.

Bununla, Peyğəmbər (s) verilən hədisdə insanı qarşıdan gələn təhlükələrdən agah edib, bu xətərləri onun gözü qarşısında canlandırmağa çalışır və gələcəkdə üzləşə biləcəyimiz problemlərin hazırkı problemlərdən daha çətin olmaq ehtimalını açıqlayır. Buna görə də, heç kəs bu günü qoyub sabaha arxayın olmamalıdır. (Tuşeye-axirət” – Axirət azuqəsi, 1-ci cild, Ayətullah Misbah Yəzdi, səh. 45-47.)

(Maide.Az)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031