İmam Səccadın (ə) qəbirlə bağlı tökdüyü göz yaşları
Mьəllif: admin1
Tarix: 31-12-2017, 21:54
İmam Səccadın (ə) qəbirlə bağlı tökdüyü göz yaşları
İmam Səccad (ə) qəbirlə bağlı dualar edib, göz yaşı tökmüşdür ki, onun bu münacatları ilə biz də tanış olaq.

İmam (ə) buyurur: “Niyə ağlamayım ki? Ruhumun xaric olmasına görə ağlayıram. Qəbrimin qaranlıq olmasına görə ağlayıram. Qəbrimin dar olmasına görə ağlayıram. Münkərlə Nəkirin suallarına görə ağlayıram.

Ağlayıram o gün üçün ki, qəbrimdən paltarsız, xar və zəlil halda qalxacağam və əməllərimin ağır yükünü belimə alacağam. Bəzən sağ tərəfimə baxıram, bəzən də sol tərəfimə. O halda ki, bütün xəlq olmuşlar mənim işimdən qeyrisi ilə məşğuldurlar”.

İmamın (ə) bu sözləri insanı qəbir aləminə diqqət etməyə vadar edir və düşündürür.

Allah bizlərə o ağır günün çətinliklərindən aman versin və qəbrimizi nurani və geniş etsin.

Munkərlə Nəkiri bizə qarşı Bəşir və Mübəşşir qərar versin. Amin!


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031