Əhli-Beyt (ə) davamçısı yoxsul deyildir
Mьəllif: admin1
Tarix: 31-12-2017, 21:52
Əhli-Beyt (ə) davamçısı yoxsul deyildir
Əhli-Beyt (ə) davamçılarından olan bir nəfər İmam Sadiqin (ə) xidmətinə gəlir. Yoxsulluğundan şikayət edir.

Həzrət (ə) ona buyurur: “Sən bizim dostlarımızdansan. Yoxsulluğunu bəyan edirsən, halbuki bizim davamçılarımızın hamısı ehtiyacsızdırlar. Sənin üçün faydalı ticarət vardır ki, səni ehtiyacsız edər”.

Kişi soruşur: “O ticarət nədir?”.

Həzrət (ə) buyurur: “Əgər zəngin insanlardan biri sənə desə ki, yer üzünü gümüşlə dolduraram, səndən istəyirəm ki, Peyğəmbər (s) Əhli-Beytinin (ə) sevgisini qəlbindən çıxardasan və onların düşmənlərinə qarşı məhəbbət əldə edəsən, bu işi görməyə hazır olarsanmı?”.

Deyir: “Xeyr, ya ibni Rəsulallah! Hətta əgər dünyanı qızılla doldursa belə”.

Həzrət (ə) buyurur: “Deməli, sən yoxsul deyilsən. Yoxsul o kəsdir ki, sənin malik olduğuna malik olmasın”.

İmam Sadiq (ə) öz malının bir hissəsini ona bağışlayır və onu azad edir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031