Üç böyük mənəvi dəyəri özündə cəm edən İmam kəlamı
Mьəllif: admin1
Tarix: 31-12-2017, 10:33
Üç böyük mənəvi dəyəri özündə cəm edən İmam kəlamı
Həzrəti Əli (ə) kəlamları daima öz məna dolu olamsı və böyük hikmətləri ehtiva etməsi ilə insanların diqqətini özünə çəkir. İmamın (ə) kiçik həcmli sözləri böyük mənaları əhatə edir, bir neçə kəlməlik cümlə bəzən bütöv insan ömrünü öz təsiri altına alır. Xoş o kəslərin halına ki, İmamın (ə) dəyərli kəlmələrindən istifadə edib, öz ömrünü bu kəlmələrlə bərəkətli və qiymətli edir.

İmamın (ə) qısa və böyük mənalı sözlərindən biri də budur: İmam Əli (ə) buyurdu:

Bu 3 yerdə həya edib çəkinməyə ehtiyac yoxdur:

Qonağa xidmət etməkdə

Ata və müəllim üçün ayağa qalxmaqda

Balaca olsa belə haqqını almaqda.

(Uyunul- hikəm vəl- məvaiz)

İmamın (ə) diqqət çəkmək istədiyi 3 məsələ ayrı-ayrılıqda hər biri içtimai mədəniyyətin bir parçasıdır.

Qonaq qarşılamaq özü bir mədəniyyətdir. Bir əxlaqdır. Ev yiyəsi qonağa nə qədər diqqətli olarsa, qonaq da öz növbəsində özünü bir o qədər borclu bilər. Əvəzini, bəlkədə artıqını etmək istəyər. Bu da insanlar arasında münasibətlərin və bu kimi digər dəyərlərin inkişafı deməkdir.

Ata və müəllim elə bir ilahi nemətdir ki, onların əvəzi yoxdur. Onlar üçün ayağa qalxmaq, böyük bilmək, cəmiyətdə böyük-kiçiyin, hərkəsin öz yerini bilməsi deməkdir. Doğurdan da hər kəs öz yerini və sözünü bilsə ixtilaf olmaz.

Haqqını almaqdan çəkinmə! Hətta kiçik olsa belə! Bu şüardır. Həm də ruhlandırıcı, zalim qarşısında dık durmaq şüarı. İsana cəsarət verir. İnsana haqq anlayışını və mübarizə ruhunu aşılayır. Özünə haqqın nə olduğunu aşılayan, özünə haqq uğrunda mübarizə aparmağı təlqin dən kəslərdən ibarət cəmiyyət yenilməz bir cəmiyyətdir.



Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031