Həzrət Məsih (ə) Quranın dili ilə necə tanıdılır?
Mьəllif: admin1
Tarix: 31-12-2022, 11:18
Həzrət Məsih (ə) Quranın dili ilə necə tanıdılır?
İslam dininin nəzərinə görə, İsa Məsih (ə) – Allahın yer üzərinə göndərdiyi peyğəmbərlərdən (ə) biri olmuşdur. Öz qövmünün nicatı üçün məbus olmuş və onları hidayət etməyə çalışmışdır.

Həzrət Məsih (ə) Quranın dili ilə:

1. O, Allahın bəndəsidir. “(Həmin körpə dilə gəlib) dedi: “Həqiqətən mən – Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib””. (“Məryəm” 30).

2. O, Allah məxluqlarındandır. “Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) ol!» dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə, Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş tanrılığa dəlalət edirsə, onda gərək onların hər ikisi tanrı olsunlar). (“Ali-İmran” 59).

3. O, Allahın peyğəmbəridir. “Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin («Allah tanrılıqdan İsanın vücuduna çevrilmişdir» və ya «Tanrı ruh kimi İsanın bədəninə daxil olmuşdur» deməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih – Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə («ol!» kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur”.(“Nisa” 171).

4. Dünyaya gəlişi möcüzəli olmuşdur. “(Məryəm) dedi: «Ey Rəbbim, mənə heç bir bəşərin toxunmadığı halda, mənim necə övladım ola bilər?!»

Dedi: «Elədir. Allah istədiyini yaradır, bir şeyin olmasını qəti şəkildə istəyəndə, ona yalnız «ol» deyir, beləliklə (də həmin şey) dərhal olur»”. (“Ali-İmran” 47).

5. O, Allahın kəlməsidir. “(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır»”. (“Ali-İmran” 45).

Əgər bu ayələrə diqqətlə nəzər salsaq, xristianların irəli sürdüyü üçlik kimi yanlış əqidələrin nə qədər puç olduğunun şahidi olarıq.

Allah Təala cəmi bəşəriyyəti Özü hidayət etsin!


(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031