Həzrət Adəmin (ə) övladlarından kim onun vəsisi oldu?
Mьəllif: admin1
Tarix: 31-12-2017, 10:19
Həzrət Adəmin (ə) övladlarından kim onun vəsisi oldu?
Həzrət Adəm (ə) və Həzrət Həvva (ə) yerə enəndən sonra Allah iradə edir ki, nəsillərini artırsınlar. Bir müddət sonra Həvva iki əkiz uşaq dünyaya gətirir ki, biri qız idi və biri də oğlan övladı idi. Oğlanın adını Qabil, qızın adını isə Əqlima qoyur.

Bir müddət sonra Həvva yenə də iki ekiz uşaq dünyaya gətirir ki, onlardan biri qız idi, biri də oğlan idi. Oğlanın adını Habil, qızın adını isə Liyuza qoyurlar.

Həvvanın sonuncu hamilələyindən bir oğlan övladı dünyaya gəlir ki, onun adını Həbbəllah qoyurlar. Allah bu oğlan övladını Habilin ölümündən sonra Adəmə (ə) inayət edir ki, qəmgin olmasın.

Hədislərimizin nəzərinə görə məhz bu sonuncu oğlan Adəmin (ə) vəsisi və canişini olur.

Habilin (ə) vəzifəsi heyvandarlıqla məşğul olmaq idi. Qabil isə əkin-biçin işləri ilə məşğul olurdu. O zaman ki, Adəm (ə) onlara göstəriş verir ki, hər biri öz ehsanını etsin, Habil sürüdən ən gözəl bir qoç seçir və onu dağın yuxarı başına qaldırır. Qabil isə tarlasında olan keyfiyyətsiz məhsulu səbətə yığır və dağın başına çıxardır. İldırım saçır və şimşək qoçu vurub öldürür. Adəmə (ə) vəhy olunur ki, Allah Habilin ehsanını qəbul etmişdir. Qabil bu hadisədən narahat olur və qardaşına paxıllıq edir. Evlilik mövzusunda da Habilə həsəd aparırdı və onun daha gözəl qızla evlənməsini qəbul edə bilmirdi.

Ona görə də qərara alır ki, onu məhv etsin. Habil qardaşının bu xəbis niyyətindən xəbər tutan zaman ona nəsihətlər verir və doğru yola dəvət edir. Lakin Qabil bu sözlərdən qane olmur. Çünki kin və həsəd bütün varlığını əhatə etmişdir. Başqa tərəfdən də insanı necə öldürməyin yolu da bilmirdi. Nəhayət bu iki qardaş arasında keşməkeş baş verir. Şeytan (lən) Qabilə ilqa edir ki, Habilin başını iki daşın arasına qoy və sonra o iki daş ilə başını əz.

Hədislərin birində oxuyuruq ki, İblis (lən) quş simasında nazil olur və başqa bir quşu götürüb, bu yolla öldürür və Qabilə başa salır ki, Habili necə öldürsün.

O zaman ki, Habili öldürür, onu dəfn edəndən sonra atasının yanına qayıdır və Adəm (ə) Habilin ölümündən xəbər tutur. Ağlayıb, sızlayır və deyir: “Lənət olsun o torpağa ki, Habilin qanını qəbul etmişdir”.

İmam Sadiqin (ə) nəql etdiyinə görə, Adəm (ə) Habilin ölümündən sonra çox qəmgin və pərişan olur. Ona görə də Allah ona başqa bir oğlan övladı verir və adını Həbbəllah qoyur. Adəm (ə) gizli şəkildə onu öz vəsisi elan edir ki, Qabil xəbər tutub onu da öldürməsin. Oğluna göstəriş verir ki, vəsi olduğunu gizli saxlasın. Adəmin (ə) ölümündən sonra Həbbəllah onun vəsisi və canişini olur.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930