Allahın xüsusi elçisindən qafil olmayaq
Mьəllif: admin1
Tarix: 21-12-2022, 10:53
Allahın xüsusi elçisindən qafil olmayaq
Din qardaşının sənin üzərində olan ən vacib haqqı

İmam Kazım (ə) buyurur: “Həqiqətən, qardaşının sənin üzərindəki ən vacib haqqı odur ki, o şey ki, onun dünya və axirət faydasına səbəb olar – ondan gizlətməyəsən”.

Allahın xüsusi elçisi

İmam Sadiq buyurur: “Ehtiyacı olan mömin ki, güclü imkanı olanın yanına gedər – Allahın xüsusi elçisidir”. (Tebyan)

Müsəlmanın hacətini yerinə yetirməyən şəxs

İmam Sadiq (ə) buyurur: “Hər kim müsəlman qardaşının hacətini qüdrəti olduğu halda yerinə yetirməzsə, Allah atəşdən olan əjdahaları qəbrində ona hakim edər ki, Qiyamət gününə qədər onu dişləsinlər”.

Ən mərhəmətli insan

İmam Hüseyn (ə) buyurur: “Ən mərhəmətli insan o kəsdir ki, ona ümidi olmayana və ondan yardım istəməyənə kömək etsin və bağışlasın”.

Allahın sevimli bəndələri

Həzrət Peyğəmbər (s) buyurur: “Bəndələr arasında Allah yanında ən sevimli olan kəs – bəndələr üçün daha faydalı olanıdır”.

Müsəlmanın hacətini yerinə yetirənin savabı

İmam Sadiq (ə) buyurur: “O müsəlman ki, başqa müsəlmanın hacətini yerinə yetirər, Allah Təala ona xitab edər: “Sənin savabın Mənim öhdəmədir və behiştdən qeyrisinə sənin üçün razı deyiləm””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930