Ağılla həll edə biləcəyin işlər barədə istixarə etmə
Mьəllif: admin1
Tarix: 30-12-2021, 11:19
Ağılla həll edə biləcəyin işlər barədə istixarə etmə
Dinimizdə istixarənin iki mənası vardır: biri istixarənin həqiqi mənasıdır ki, hədislərimiz onun haqqında çox məlumat vermişdilər.

Mənası Allahdan xeyir istəməkdir. İstixarənin bu növü əslində duanın bir qolu hesab olunur.

İmam Sadiq (ə) istixarənin bu növü barəsində buyurur ki, Uca Allah buyurur: “Mənim bəndəmin bədbəxtliyi ondadır ki, işlərini mənə istixarə (xeyir istəmədən) etmədən yerinə yetirir”.

Ona görə də hədislərimizin də buyurduğu kimi, istixarənin bu növü şəkk və şübhəni aradan qaldırmaq üçün deyil, bəlkə bütün işlərdə Allahdan xeyir istəmək üçündür ki, bəyənilən əməl hesab olunur.

İstixarənin ikinci növü isə şəkk və şübhəni aradan aparmaq üçün Allahdan xeyir istəməkdir.

Dinimiz bizə buyurur ki, həyatının hər bir sahəsində qərar verən zaman ağlından istifadə et. Ancaq o işlərdə ki, artıq ağlımız onun çarəsini tapa bilmir, bu zaman istixarədən yardım almaq məsləhət görülür.

Misal üçün evlilik insan həyatı üçün mühüm mövzulardandır. Həyat yoldaşı seçən zaman insan bəzən bəzi mövzuları ağılla həll edə bilmir. Ona görə də istixarədən yardım ala bilər.

Dinimiz buyurur ki, o işi ki, əhkam və ağlınla həll edə bilirsən, istixarəyə müraciət etmə. Çünki bu əməl adət halına düşər və səni düşünmək qabiliyyətindən məhrum edə bilər.

Ona görə də yaxşı olar ki, dünya işlərimizdə əvvəl Allahın bizə verdiyi böyük nemət olan ağlımızdan istifadə edək, çarəsiz qalan zaman istixarədən yardım alaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031