Bəşər tarixində diqqəti cəlb edən dinlərə nəzər salaq
Mьəllif: admin1
Tarix: 28-12-2017, 21:11
Bəşər tarixində diqqəti cəlb edən dinlərə nəzər salaq
İnsanın digər canlı aləmdə əsil üstünlüyü onun dini etiqadıdır. Başqa xüsusiyyətlərə gəldikdə heyvanat aləmində daha güclü istedadlar müşahidə olunur.

Məsələn, insan fiziki cəhətdən nə qədər güclü olsa da, təbiətdə ondan qat-qat güclü heyvanlar mövcuddur. Bal arısının həyatını ətraflı müşahidə etdikdə onun mühəndisliyinə, qənnadçılığına heyran qalmamaq olmur. Bəşər övladının bütün kəşfləri bir növ təbiətdəki əsərlərin surətidir. Demək, insan digər varlıqlardan yalnız dindarlığı ilə üsütün ola bilər.

Bəşər tarixində dini etiqada malik olmayan bircə qəbilə də tapmaq mümkün deyil. Hətta Avstraliyanın mərkəzindəki ən geri qalmış tayfaların da dini etiqadı vardır. İnsan heç bir mənbədən ala bilməyəcəyi mənəvi qidanı dindən alır.

Bəşər tarixində diqqəti cəlb edən dinlərə nəzər salaq:
-Hindu dini (miladdan 1500-2000 il qabaq)
-Yəhudilik (miladdan 1200- 1500 il qabaq)
-Sintoizm (miladdan 660 il qabaq)
-Zərdüştilik (miladdan 660 il qabaq)
-Buddizm (miladdan 560 il qabaq)
-Konfusi dini (miladdan 551 il qabaq)
-Məsihilik (miladın başlanğıcı)
-İslam (miladi 610-cu il)

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031