ELM NƏDİR?
Mьəllif: admin1
Tarix: 28-12-2017, 20:36
ELM NƏDİR?

İslam Peyğəmbəri (s) buyurur: “Elm üç şeydir: “ayətun muhkəmə”, “fərizətun adilə” və “sunnətun qaimə”.Bunlardan başqa nə varsa, elm yox, fəzilətdir” (“Üsuli - kafi,”c. 1 s. 37)

Mərhum Kuleyni yazır: “Ayətun muhkəmə əqidə əsaslarına (üsuli - din), “fərizətun adilə” əxlaq elminə, “sunətun qaimə” şəriət hökmlərinə (fürui - din) işarədir.”

Mürtəza Mütəhhəri yazır: “Biz bəzi elmləri dini, bəzi elmləri isə qeyri-dini hesab edirik. Dini elmlər dedikdə dini əqidə, əxlaq, əməli elmlər və bu elmlərə giriş, müqqədimə olan ərəb ədəbiyyatı, məntiq və s. nəzərdə tutulur.

Bəziləri düşünə bilər ki, dini adlandırdığımız bu elmlərdən başqa nə varsa, gərəksiz bir şeydir. Əslində isə belə deyil.

Müsəlmanlar üçün faydalı olan bütün elmlər dini elmdir və bu elmləri öyrənmək vacibdir. Götürək ərəb dilinin qrammatikasını. Bu sahəni öyrənmədən Quranı anlamaq olarmı?! Demək, insanı həqiqətə yaxınlaşdıran nə varsa, həm vacibdir, həm də savablı. Burada elm öyrənən insanın niyyəti böyük rol oynayır. Allaha yaxınlaşmaq məqsədi olmadan heç Quran öyrənməyin də savabı yoxdur..."
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930