Modern dünyanı cənginə alan sevgi məfhumu bundan gözəl izah edilə bilməzdi
Mьəllif: admin1
Tarix: 28-12-2017, 10:41
Modern dünyanı cənginə alan sevgi məfhumu bundan gözəl izah edilə bilməzdi
Modern dünyanın tələbləri insanları sevgi anlamından uzaqlaşdırıb. Bir dəfə bir insan gənc biri ilə qarşılaşır. Gənc boşqabındakı balığı ləzzətlə yeyirdi. Ondan balığı nə üçün yediyini soruşdu. O da cavab verir: "Çünki mən balığı sevirəm". "Hmm, balığı sevirsən, ona görə onu öldürüb bişirib yedin. Mənə balığı sevdiyini söyləmə, sən özünü sevirsən. Çünki balıq o qədər ləzzətli idi ki, sən onu sudan çıxardın və öldürdün".

Modern dünyada insanın sevgisi də balıq sevgisi kimidir. Gənclər bir-birlərinə aşiq olurlar. Bunun mənası nədir? Bu o deməkdir ki, biri digərinin fiziki, duyğusal ehtiyaclarını qarşılaya biləcəyini düşünür. Kişi də, qadın da qarşı tərəfin vasitəsi ilə ehtiyaclarını ödəyəcək. Bu sevmək deyil. Bu qarşı tərəfə öz ehtiyacını ödəmək üçün vasitə kimi baxmaqdır.

Budur balıq sevgisi. Sən onu sevirsən, çünki sənin zövqünə uyğundur. Sən onu öz istəklərinə və mənfəətinə uyğunlaşdırırsan. Balığı bişirib yeyirsən. Bu daxilə dönük bir sevgidir. Yalnız şəxsin özünə qulluqdur. Amma xaricə dönük sevgidə isə belə deyil. Bu sevgidə alış-veriş yoxdur. Sən nə verəcəyini və alacağını hesablamırsan. Burada yerinə düşəcək bir sözü - Desslerdən sitat gətirə bilərik: "İnsanlar ciddi bir səhv buraxarlar. Onlar elə zənn edərlər ki, sevdiklərinə nə isə bəxş edirlər. Yəni sevərkən artıq verdiklərini bilərlər. Amma reallıq, əsl reallıq başqadır: İnsan verdikcə sevər".

Əsl əhəmiyyətli nöqtə budur: Qarşı tərəfə nə isə verəndə insan əks tərəfə sərmayə qoyur. İnsan anadan olandan fasiləsiz olaraq özünü sevər. Hər kəs özünü sevər. Amma insan qarşı tərəfi özünə vasitə etməkdən vaz keçərək, sərmayə qoysa onda düzgün yolu tapmış olar. Əsl sevgi almaq yox, verməkdir.

Ülviyyə Tahir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930