İnsan bədənində baş verən proseslər İmam Rzanın (ə) mübarək izahında
Mьəllif: admin1
Tarix: 26-12-2017, 21:09
İnsan bədənində baş verən proseslər İmam Rzanın (ə) mübarək izahında
Həzrət İmam Rza (ə) buyurur: “İnsanın iradəli hərəkətləri – o işlərdir ki, insan əzası və üzvləri bədənin, yəni qəlbin əmri ilə yerinə yetirər.

İnsan bədənində iki cür hərəkət olar: ixtiyari olan hərəkət və məcburi olan hərəkət. Məcburi – o hərəkətlərdir ki, bizim iradə və meylimiz olmadan baş verər. O cümlədən: ürək zərbələri, nəbz, qanın axması, mədədə, bağırsaqda baş verən kimyəvi dəyişikliklər, gözün görməsi, qulağın eşitməsi, fikir və xəyal əməlləri – xülasə zahir və batini hisslərinin əməlləri.

Başqa bir hərəkət – o hərəkətdir ki, bizim qüdrət və ixtiyarımız altındadır. Misal üçün getmək-gəlmək, demək-eşitmək, müamilə, ünsiyyət, müharibə, mübahisə və sair kimi.

İradəvi hərəkət iradə qüvvəsi ilə olar. İradə də meyil və xahişlərdən meydana gələr. Meyil baxmayaraq ki, instinkt olsa belə - yeməyə, suya iştaha kimi – onun üçün fayda təsəvvür olunmaz. Heç bir zaman təhrik olunmaz. Məgər o halda ki, onun faydalı olmaq təsəvvürü çox müxtəsər və sırf ləzzət təsəvvürü üçün olar.

Bu təsəvvürün mərkəzi o qüvvədir ki, bəzən onu ağıl, bəzən də qəlb kimi mənalandırırlar”.

İmam Rza (ə) bu nurani hədisi ilə bizə insan bədəninin sadə olmadığını başa salır və onun möcüzəvi hərəkətlərindən bəhs edərək, Allahın qüdrətinin nişanələrini açıqlayır. Bu yolla bizlərə demək istəyir ki, əgər Allahın qüdrətini dərk etmək istəyirsinizsə, öz bədəninizə diqqət etmək kifayətdir. Onun möcüzələrini kəşf edin ki, bu zaman Allahın nəyə qadir olduğunu açıq-aşkar görmüş olarsınız.

“Həqiqətən bunda öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır”. (“Nəhl” 67).




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031