Ayətullah Behcətin nəvələri ilə rəftarı
Mьəllif: admin1
Tarix: 26-12-2017, 14:24
Ayətullah Behcətin nəvələri ilə rəftarı
Nəql edirlər ki, Ayətullah Behcət mütaliə edən zaman heç kəsin otağa girməyi cürəti olmazdı, tək bir nəfərdən başqa. O da alimin nəvəsi Mahmud idi. Mahmud otağa girər və birbaşa kitab şkafına tərəf gedərdi. Alim onu görən zaman oxuduğu kitabı yerə qoyar və nəvəsinə məhəbbətlə baxardı.

Mahmud kitab şkafından bir kitabı götürər və yerə uzanıb onu vərəqləyərdi. Alim soruşardı:
- Nə edirsən?

Mahmud deyərdi:
- Ağacan, lütfən mane olma, dərsim vardır!

Bu sözlər alimin gülməyinə səbəb olardı. Mahmud da ayağa qalxar və gedərdi. Sanki vəzifəsi babasını güldürmək olardı.

O zaman ki, Ayətullah Behcət evdə olardı, meydan nəvələrində olardı.

Heç kəsin cürəti çatmazdı ki, onlarla kobudluq etsin. Alim deyərdi:
- Onlar məsumdurlar və cazibəli olmaqlarının səbəbi də ismətlərindədir.

Ayətullah Behcət hər gün nəvələrinə tövsiyə edərdi ki, dörd “Qul” surələrini (“Tövhid”, “Nas”, “Fələq”, “Kafirun”) və “Ayətül-kürsü”nü oxusunlar.

Özü isə onlara belə dua edərdi:

«اَللّٰهُمَّ اجْعَلْهُ فٖی دِرعِکَ الحَصٖینَةِ الَّتٖی تَجْعَلُ فٖیهٰا
مَنْ تُرٖیدُ.»


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031