Yuxuya inanmaq olarmı?
Mьəllif: admin1
Tarix: 22-12-2017, 20:29
Yuxuya inanmaq olarmı?
Ümumiyyətlə yuxu nədir? İslamın yuxuya münasibəti? Axı yuxuda gördüyümüz çirkin və gözəl, qorxulu və ürək açan səhnələr nədir? Bunlar keçmişəmi aiddir, yoxsa gələcəyə?

- Müxtəlif ayə və hədislərdən məlum olur ki, yuxuların əksəriyyəti gələcəyə aid olub, qaranlıq məsələlərin üstündən pərdəni qaldırır. «Yusuf» surəsinin 36-cı ayəsində oxuyuruq: «(İki gənc, Yusif peyğəmbərə dedi:) «Gəl bu yuxunu bizə yoz». Yusif belə cavab verdi: «Yeyəcəyiniz təam gəlməmişdən əvvəl, mən onun mənasını sizə xəbər verərəm.

Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir». Ayədən göründüyü kimi həqiqi, əsaslı və yozulası yuxular vardır. Həzrət Peyğəmbər (s) buyurur: «Yuxu üç qismdir: bir qismi Allah tərəfindən verilən müjdə, bir qismi şeytandan gələn qəm-qüssə, digər bir qismi isə, insanın bir iş barədə çox fikirləşməsinin nəticəsidir».

İslam dinində təbiri caiz bilinən yuxu, yalnız ilahi yuxulardır. O biri yuxuların təbiri batildir və həmin yuxulara inanmaq olmaz.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930