Həyat yoldaşından üzr istəməyin dəyərli yolları
Mьəllif: admin1
Tarix: 22-12-2017, 20:23
Həyat yoldaşından üzr istəməyin dəyərli yolları
Biz insanların bir çoxu bəzən səhvlər edirik. Bəzən bilməyərək bir-birimizin qəblini sındırırıq. Amma bu, dünyanın sonu deyildir, belə bir səhvi düzəltmək olar.

Üzr istəmək ailədə yaranmış gərginliyi azaltmağa yardım edən amillərdəndir. Ancaq onun da öz xüsusi yolları vardır ki, buna işarə edək:

1. Tənqidi qəbul etməyi bacarın. Çünki həmişə siz haqlı olmaya bilərsiniz. Aranızda olan çəkişmədə belə düşünürsünüz ki, siz haqlısınız. Ancaq bunun əksi də ola bilər. Hətta bu halda belə həyat yoldaşınızın tənqidini qəbul etməyə çalışın.

2. Müvəqqəti olaraq xəlvət bir yerə gedin. Həyat yoldaşınızla bəhs edən zaman qan təzyiqiniz qalxır. Ürək döyüntüsü çoxalır. Ola bilsin ki, sizə demək istəmədiyi sözləri ağzından qaçırtsın. Belə halalrda xəlvət bir yerə getməyə həmişə ehtiyac vardır. Bir-birinizdən uzaq qalaraq sakitləşin. Fikirlənizi cəmləyin.

3. Keçmişi yada salmayın. Hal-hazırda baş verənlərə diqqət edin. Keçmişi yaddan çıxartsanız, tez barışarsınız.

4. Həyat yoldaşınıza deyin ki, onun düşməni deyilsiniz. Əgər onunla bəhs edən zaman səsini ucaldarsa, yaxınına gedin və yumşaq səslə onun düşməni olmadığınızı söyləyin. Bu zaman o, səhvini başa düşəcəkdir.

5. Ətrafımızı səliqəli saxlayaq. Çünki ətrafımızın bizim hisslərimizə təsiri böyükdür. Əsəbləşmək kobudluğun bir növüdür.

6. Qoxmayın və ən çətin sözləri dilinizə gətirin. Həqiqi bir üzrxahlıq ailədəki gərginliyi aradan qaldırar.

7. Ürəyə yatan sözlərdən istifadə edin. Bəzən həyatda dəyər verdiyiniz insanların acı sözləri sizə əzab verir, ancaq təriflədiyi və xoş söz dediyi zamanları da yadınıza salın.

8. Onun sizin üçün dəyərli olduğunu dilinizə gətirin. Üzr istəməq ancaq bir kəlmə ilə olan şey deyildir. Gərək həmin hadisəni və həmin davanı həmşəlik yaddan çıxartmağa çalışasınız. Həqiqətən əgər bu məsələni unutsanız, həmin məsələ bir daha gündəmə gəlməyəcəkdir.



(Tebyan/ Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930